Icma.az
close
up
RU
Türkiyəli nazir: Rusiyaya məxsus gəmilərdə partlayışa səbəb xarici müdaxilə ola bilər YENİLƏNİB 2

Türkiyəli nazir: Rusiyaya məxsus gəmilərdə partlayışa səbəb xarici müdaxilə ola bilər YENİLƏNİB 2

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu ticarət gəmilərində baş verən partlayışlarla bağlı açıqlama verib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli nazir Qara dəniz sahillərində neft yüklü “Kairos” və “Virat” baş vermiş partlayışların xarici müdaxilə səbəbilə ola biləcəyini deyib.

“Çağrı mərkəzlərimizə birinci gəminin minaya düşdüyü barədə məlumat daxil oldu. Daha sonra ikinci gəmidə partlayış barədə məlumat aldıq. Hər iki gəminin heyətini təhlükəsiz şəkildə xilas etdik və sahilə çıxardıq. Üç qayığımız davam edən yanğını söndürməyə davam edir. Partlayışlardan ilk ağıla gələn xarici müdaxilədir ki, bunlar da mina, raket, qayıq və ya dron ola bilər. Hazırda məsələ ilə bağlı heç bir dəqiq məlumata malik deyilik. Lakin biz hər iki gəmini izləyirik”, - nazir bildirib.

***

01:59

Kocaeli valisi İlhami Aktaş Rusiyaya aid gəmidən baş verən yanğının davam etdiyini açıqlayıb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dənizdə "Virat" adlı bir digər gəminin də zədələndiyi bildirilir.

Gəminin 20 ekipaj üzvünün təxliyə edildiyi və vəziyyətlərinin yaxşı olduğu bildirilib.

"Virat tankerinin Qara dənizdə təxminən 35 dəniz mili məsafədə vurulduğu bildirilib. Hadisə yerinə xilasetmə qrupları və bir ticarət gəmisi göndərilib. Gəmidəki 20 heyət üzvünün hamısının vəziyyəti yaxşıdır və mühərrik otağında güclü tüstü aşkar edilib. Vəziyyət nəzarət altındadır", - Türkiyənin Dənizçilik Baş İdarəsinin hadisə ilə bağlı açıqlamasında deyilir.

***

20:28

Qara dənizdə Rusiyaya məxsus bir gəmidə partlayış baş verib.

APA-nın Türkiyə bürosu yerli mətbuata istinadən xəbər verir ki, İstanbul boğazının girişinə yaxın bir mövqedə, Qara dəniz sularında səfərdə olan “KAIROS” adlı xam neft tankerində güclü partlayış olub.

Partlayışdan sonra sözügedən tankerdə yanğın başlayıb. Hazırda tankerdəki 25 nəfərlik heyətin xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin Kocaeli vilayəti yaxınlığında baş verdiyi bildirilir. Kocaeli valiliyi hadisə yerinə aidiyyəti qurumların əməkdaşlarının cəlb edildiyini və lazımi müdaxilələrin davam etdiyini açıqlayıb.

“Yanğının səbəbi ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Lakin 25 nəfərlik heyətin hamısı sahil mühafizə və dəniz təhlükəsizliyi briqadaları tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib. Əldə etdiyimiz ilkin məlumatlara görə, heyətin vəziyyəti yaxşıdır və hər hansı xəsarət faktı qeydə alınmayıb”, - Kocaeli valisi İlhami Aktaş bildirib. O həmçinin yanğının davam etdiyini deyib.

Türkiyə Dənizçilik İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.

Açıqlamada, Rusiyanın Novorossiysk limanına gedən boş KAIROS tankerinin Türkiyə sahillərindən 28 mil aralıda xarici faktor səbəbindən alovlandığı, gəmidə olan 25 nəfərlik heyət üzvünün hamısı gəmidən təxliyə edildiyi və vəziyyətinin yaxşı olduğu bildirilib.

“Dənizçilərin təxliyəsi üçün bölgəyə xilasedicilər göndərilib, proses nəzarət altında saxlanılır”, - deyə açıqlamada qeyd olunub.

“Reuters” agentliyi isə gəminin batma təhlükəsinin olduğu haqda məlumat yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Noyabr 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri