Icma.az
close
up
RU
Türkiyəli politoloq: “ABŞ yaratdığı qlobal nizamı indi öz siyasəti ilə dağıdır”

Türkiyəli politoloq: “ABŞ yaratdığı qlobal nizamı indi öz siyasəti ilə dağıdır”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Fələstinlilərin Qəzzanı tərk etməsi real görünmür, çünki onlar bu torpaqlarda yüz illərdir yaşayırlar. Qəzza onlar üçün sadəcə bir əmlak deyil, vətəndir. Bu torpaq uğrunda minlərlə, on minlərlə şəhid verilib, burada onların babalarının, əcdadlarının məzarları var, üzərinə qan tökülüb. Buna görə də, Qəzza sakinlərinin bu torpaqları asanlıqla tərk etməyə razı olacağı inandırıcı deyil”

Bunu Moderator.az-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnanç deyib.

Türkiyəli politoloqun sözlərinə görə, fələstinlilərin  İordaniyaya və ya Misirə göndərilməsi planı da məntiqli görünmür:

“Çünki bu ölkələr həm iqtisadi cəhətdən olduqca zəifdir, həm də belə bir miqrasiyanı qəbul etmək imkanları məhduddur. Çünki İordaniya bir krallıqdır, Misir isə avtoritar rejim tərəfindən idarə olunur. Bu ölkələrin idarəçiləri xalqın iradəsinə baxmayaraq qərar verən şəxslərdir. Fələstinlilər gələcəkdə öz azadlıqları uğrunda mübarizə aparmaq, etirazlar keçirmək və ya İsrailə və ABŞ-a qarşı sərt mövqe nümayiş etdirmək istəsələr, bu ölkələrin hakimiyyətləri ciddi çətinliklərlə üzləşəcək. Çünki İordaniya və Misir xalqları fələstinlilərin yanındadır, lakin onların hakimiyyətləri ABŞ və İsraillə müttəfiqlik edirlər. Bu da həmin dövlətlər daxilində ciddi bölünmələrə səbəb ola bilər. Bütün bu səbəblərdən dolayı bu planın həyata keçirilmə ehtimalı olduqca zəif görünür. Əgər belə bir ssenari gerçəkləşsə, Türkiyə nə edəcək sualına gəldikdə, bununla bağlı konkret addımların necə olacağını proqnozlaşdırmaq çətindir”

Politoloq diqqətə çatdırıb ki, Türkiyə hazırda İraqda mühüm inkişaf yolu layihəsi üzərində çalışır:

 “Bu layihəyə əsasən, Faw (Fav) limanından Türkiyəyə və oradan Avropaya uzanan quru ticarət yolu planlaşdırılır. Bu yol, region üçün mühüm bir tranzit marşrutu olacaq. Digər tərəfdən, ABŞ, Hindistan və Körfəz ölkələrinin də İsrail və Cənubi Kipr üzərindən keçən bir tranzit yolu yaratmaq planı var. Əgər Qəzzadə genişmiqyaslı işğal və ilhaq baş verərsə, bu, Hindistanın tranzit yolunun daha da güclənməsinə şərait yaradacaq və İsrailin “Davud koridoru” adlandırdığı ticarət yolunun formalaşması üçün böyük imkan açacaq. Bu isə Türkiyə üçün ciddi iqtisadi və strateji çətinliklər yarada bilər. Bundan əlavə, 2003-cü ildən bəri, xüsusilə son illərdə, Şərqi Aralıq dənizində enerji ehtiyatları uğrunda güclü mübarizə gedir. Türkiyə bu sahədə ciddi addımlar atıb və 2019-cu ildə Liviyanın qanuni hökuməti ilə razılaşmalar imzalayaraq, Liviya sahillərində qazıntı və kəşfiyyat işlərinə girişib. Bu prosesdə Türkiyə həm Haftar qüvvələrinə, həm də Rusiyanın Liviyadakı təsirinə qarşı mübarizə aparıb. Eyni zamanda, Türkiyə "Mavi Vatan" doktrinasını irəli sürərək, Şərqi Aralıq dənizində öz maraqlarını qorumağa çalışıb. Ancaq hazırkı vəziyyətdə İsrail və ABŞ-ın Cənubi Kiprlə birlikdə atdığı addımlar Türkiyə üçün ciddi risklər yaradır. Xüsusilə, Qəzzədə baş verə biləcək işğal və ilhaq, ABŞ və İsrailin Şərqi Aralıq dənizində Türkiyənin təsirini zəiflətməsinə imkan verəcək. Burada trilyonlarla dollar dəyərində hidrokarbon ehtiyatları var və bu resursların Türkiyənin haqlı payını almasına mane ola biləcəyi ehtimal edilir. Bundan başqa, ABŞ-ın Afrikada strateji mövqelərini gücləndirməsi də Türkiyənin regional maraqlarına zərbə vura bilər”.

H.İnanç xatırladıb ki, son illərdə Fransa və ABŞ Afrika torpaqlarından çıxarıldıqdan sonra onların yerini Rusiya, Çin və Türkiyə tutub. Lakin Qəzzadaki mövcud vəziyyət bu güc balansına ciddi təsir göstərə bilər:

“Hazırda həm Qara dənizdə, həm də Qvineya körfəzində gərginlik artır. Xüsusilə, Ukraynanın cənubdan mühasirəyə alınması ehtimalı var ki, bu da həm Türkiyə, həm də Rusiya üçün strateji çətinliklər yarada bilər. Qara dəniz indiyə qədər Rusiya və Türkiyə arasında tarazlıq saxlanılan və hər iki ölkənin təsir dairəsində olan bir region hesab olunurdu. Lakin son hadisələr bu bölgədə yeni güc mərkəzlərinin yaranmasına və Türkiyə ilə Rusiyanın maraqlarının toqquşmasına səbəb ola bilər. Bu isə Qafqaz, Balkanlar və Anadolu coğrafiyasına da təsirsiz ötüşməyəcək. Digər tərəfdən, Türkiyə cənubdan da təzyiqlərlə üzləşir. Suriyanın şimalında PKK/YPG terror təşkilatının varlığı və ABŞ-ın onlara dəstəyi Türkiyə üçün ən ciddi milli təhlükəsizlik məsələlərindən biridir. Qəzzadaki hadisələr və ABŞ-ın regionda atacağı addımlar bu problemin daha da dərinləşməsinə səbəb ola bilər. Bütün bu təzyiqlərə qarşı Türkiyə öz təhlükəsizliyini təmin etmək və regional güc balansını qorumaq üçün yeni ittifaqlar qurmağa başlayıb. Bu çərçivədə Türkiyə həm regionda, həm də beynəlxalq səviyyədə öz mövqeyini gücləndirmək üçün müxtəlif diplomatik və hərbi strategiyalar həyata keçirir. Suriya, İraq, İordaniya və Türkiyə birlikdə əks-terror mübarizəsi üçün bir koalisiya qurublar. Bu təşəbbüs, xüsusilə, ABŞ-ın Suriyadakı hərbi mövcudluğunu və PKK-nın bölgədəki varlığını zəiflətməyə yönəlmiş bir addım kimi qiymətləndirilə bilər. Məqsəd, ABŞ-ın bölgədəki təsirini azaltmaqdır”.

Politoloq son dövrdə dünya nizamında ciddi dəyişikliklərin müşahidə edildiyini vurğulayıb:

“Xüsusilə, Donald Trampın hakimiyyətə gəldiyi dövrdən etibarən ABŞ-ın Qrenlandiya, Kanada, Panama və hətta Qəzzə ilə bağlı atdığı addımlar, İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq sistemin tənəzzülə uğradığını göstərir. Başqa sözlə, ABŞ özü yaratdığı qlobal nizamı indi öz siyasəti ilə dağıdır. Bu proses Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla beynəlxalq qurumların nüfuzunun azalmasına, onların funksional əhəmiyyətini itirməsinə gətirib çıxarır. Beləliklə, dünya daha xaotik, daha qeyri-sabit və daha təhlükəli bir məkana çevrilməkdədir. Bu vəziyyət, təəssüf ki, yeni münaqişələrə və potensial müharibələrə zəmin yaradır. Mövcud geosiyasi proseslər, Üçüncü Dünya Müharibəsinin ehtimalını artırır və bu da qlobal təhlükəsizliyə ciddi təhdidlər doğurur”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri