Icma.az
close
up
RU
Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 7 dekabr, AZƏRTAC

Azərbaycanın Ermənistan Konstitusiyasına dəyişiklik etmək tələbi siyasi təzyiq amili deyil, sülh müqaviləsinin davamlı və etibarlı olması üçün hüquqi zəmini təmin etmək baxımından zəruri şərtdir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Karabük Univesitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru Ali Asker söyləyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın konstitusiyada beynəlxalq müqavilələrin ratifikasiyasına mane olacaq hüquqi ziddiyyətin olmadığı barədə iddiasının real hüquqi mexanizmlərə uyğun gəlmədiyini vurğulayan türkiyəli professor hazırkı redaksiyanın gələcəkdə sülh müqaviləsinin ratifikasiyası üçün ciddi hüquqi risklər daşıdığını qeyd edib. O bildirib ki, Nikol Paşinyanın konstitusiya ilə bağlı arqumenti yalnız mətnin səthi oxunuşuna əsaslanır, Azərbaycanın tələbləri isə real və əsaslıdır. “Preambuladakı istinadlar mövcudluğunu qoruduqca Ermənistanın gələcəkdə ərazi iddialarını yenidən gündəmə gətirməyəcəyinə heç kim təminat verə bilməz”, - deyə professor qeyd edib.

A.Askerin sözlərinə görə, konstitusiya hüququnun əsas prinsipləri, Ermənistan Konstitusiya Məhkəməsinin presedentləri və beynəlxalq müqavilələrin daxili hüquqa uyğunluğu kimi məsələlər nəzərə alındıqda, Ermənistan rəhbərliyinin açıqlamalarının hüquqi reallığı əks etdirmədiyi aşkar görünür: “N.Paşinyanın arqumentindəki əsas boşluq Konstitusiyanın Preambula hissəsinin sırf siyasi deklarasiya kimi təqdim olunmasıdır. Halbuki Ermənistan Konstitusiya Məhkəməsi öncəki illərdə qəbul etdiyi qərarlarla Preambula hissəsini normativ hüquqi mənbə kimi tanıyıb, habelə onu konstitusiyanın mahiyyətini və hüquqi istiqamətini müəyyən edən əsas tərkib hissəsi hesab edib”.

Türkiyəli hüquqşunas qeyd edib ki, bunu dünya ölkələrinin konstitusiya praktikasında da görmək mümkündür. Bu baxımdan preambulada yer alan hər bir istinad – xüsusilə də 1989-cu il tarixli Ermənistan Müstəqillik Bəyannaməsinə edilən istinad – hüquqi qüvvəyə malikdir və Ermənistanın hüquq hafizəsində ərazi iddiası kimi məzmunu qoruyub saxlayır.

Mütəxəssis Ermənistan Müstəqillik Bəyannaməsinin sırf tarixi-siyasi sənəd olması ilə bağlı iddiaları da qeyd edib: “Ermənistanın hüquq sistemində bu sənəd dövlətin hüquqi özünütəsdiqinin əsas norması hesab edilir və əsas mənbələrdən qəbul olunub. Bəyannamə mətnində isə 1989-cu il “Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsi” haqqında sənəd qorunur. Bu qərar SSRİ Konstitusiyasının 78-ci maddəsinə zidd olduğuna görə hüquqi qüvvəyə malik olmasa da, Ermənistan onu konstitusiyanın elementi kimi saxlamaqda davam edir. Beləliklə, gələcəkdə revizionist iddiaların hüquqi müstəviyə qaytarılması üçün zəmin yaranır və Azərbaycan üçün real təhlükə kəsb edir”.

Karabük Univesitetinin professoru, həmçinin N.Paşinyanın beynəlxalq müqavilələrin üstünlüyü barədə arqumentini normativ hüquq baxımından yanlış hesab edir. Belə ki, Ermənistan Konstitusiyasının 5-ci maddəsinə görə beynəlxalq müqavilələr yalnız qanunlara nəzərən üstünlüyə malikdir; Konstitusiyanın özünə münasibətdə belə üstünlük tətbiq edilə bilməz.

A. Asker xatırladıb ki, Ermənistan Konstitusiya Məhkəməsinin presedent mahiyyətli qərarlarına əsasən, Konstitusiyaya zidd olan beynəlxalq sənədlər ratifikasiya edilə bilməz və bu ziddiyyət aradan qaldırılmadan qərarın tətbiq olunması hüquqi cəhətdən qeyri-mümkündür. Ona görə də Preambuladakı müvafiq istinadlar dəyişdirilmədən sülh müqaviləsinin ratifikasiyası hüquqi baxımdan əlçatan və təhlükəsiz mexanizm olmayacaq.

“Konstitusiya mətni ideoloji, tarixi və normativ funksiyaları prizmasından böyük əhəmiyyət kəsb edir. Ermənistan Konstitusiyasının Preambulasında Müstəqillik Bəyannaməsi ilə 1989-cu il qərarının yanaşı qeyd olunması, ölkənin uzunmüddətli hüquqi yönümünün ərazi dəyişikliyi ideyasına açıq saxlandığını göstərir. Bu isə beynəlxalq hüquqda “konstitusional revizionizm” kimi tanınan və regional təhlükəsizlik mühitini ciddi şəkildə sarsıtma potensialı daşıyır”, - deyə A. Asker davam edib. Onun fikrincə, beynəlxalq hüquq praktikası da bunu təsdiqləyir. “İrlandiyanın 1998-ci ildə Konstitusiyasını dəyişdirməsi, Balkan ölkələrinin postmünaqişə hüquqi harmonizasiya prosesləri və Şərqi Avropanın demokratik keçid dövründəki konstitusion islahatları göstərir ki, sülhün təminatı üçün ərazi iddiası yaradan müddəaların konstitusiyalardan çıxarılması normal, legitim və əxlaqi yanaşmadır”, - deyə ekspert vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri