Icma.az
close
up
RU
Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərtini qəbul etmirik Mirzoyan

Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərtini qəbul etmirik Mirzoyan

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Ermənistan Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Konstitusiyaya dəyişiklik edilməsi tələbini qəbul etmir.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə keçirdiyi mətbuat konfransında deyib.

Mirzoyanın sözlərinə görə, Azərbaycanla danışıqların gündəliyində Konstitusiyaya dəyişiklik məsələsi yoxdur. “Konstitusiyaya dəyişiklik etmək və ya yenisinin qəbulu sırf Ermənistanın daxili işidir, xalqımızın işidir. Ermənistan heç vaxt Konstitusiyaya dəyişikliklərlə bağlı üçüncü tərəflər qarşısında öhdəlik götürməyib və etmək niyyətində də deyil”, - deyə nazir bildirib.

O əlavə edib ki, mümkün konstitusiya dəyişikliklərinin müzakirəsi yalnız daxili ictimai dialoq çərçivəsində aparılır. Azərbaycan isə sülh müqaviləsinin imzalanması üçün konstitusiyaya düzəlişlər tələb etməkdə davam edir. "Biz bu ilkin şərti qəbul etmirik", - deyə Mirzoyan vurğulayıb.

Baş nazir Nikol Paşinyan bundan əvvəl bəyan etmişdi ki, Ermənistan Konstitusiyasına gələcək düzəlişlər (Paşinyan 2020-ci ilin fevralından müzakirə edir) Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə bağlı deyil; İrəvan əsas qanununu sırf daxili səbəblərə görə dəyişir.

Azərbaycan hakimiyyəti dəfələrlə Ermənistan Konstitusiyasından Qarabağla bağlı bəndin yer aldığı Müstəqillik Bəyannaməsinə istinadı çıxardıqdan sonra sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see253

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see211

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see167

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see166

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see145

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see144

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see141

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see137

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see130

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see129

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see123

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see121

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see120

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see118

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri