Icma.az
close
up
RU
Türkiyənin allergiya xəritəsi hazırlandı

Türkiyənin allergiya xəritəsi hazırlandı

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Allergiya diaqnozu uzun illər əsasən dəri testləri və klassik qan analizləri ilə qoyulsa da, son dövrlərdə bu sahədə mühüm elmi yenilik baş verib. Molekulyar allergiya testləri adlanan yeni nəsil üsullar sayəsində insanların hansı maddələrə həqiqətən allergiyası olduğu daha dəqiq müəyyənləşdirilir.

Sherg.az xəbər verir ki, bu sahədə diqqətçəkən araşdırmalardan biri Hacettepe Universitetinin Uşaq Allergiya Bölümünün professoru, eyni zamanda Türkiyə Allergiya İmmunologiyası Müalicə və Araşdırma Vəqfinin (TAİTAV) prezidenti olan Prof. Dr. Bülent Şekerelin rəhbərliyi ilə aparılıb.

Ankara, İstanbul, İzmir, Samsun və Kayseridə yaşayan təxminən min nəfərin iştirak etdiyi tədqiqatda molekulyar allergiya testlərindən istifadə olunaraq Türkiyəyə məxsus allergen həssaslıq xəritəsi tərtib edilib.

Araşdırmanın nəticələri allergiyaların şəhərlərə görə dəyişdiyini və bu fərqlərin formalaşmasında iqlim şəraitinin əsas rol oynadığını göstərib. Belə ki, İstanbul və Samsun kimi rütubətli şəhərlərdə ev tozu gənələri ilə yanaşı, küləklə yayılan yabanı ot polenlərinə, xüsusilə də arsız zaylan otuna qarşı allergiyalar daha çox müşahidə olunur.

İzmir şəhərində isə Aralıq dənizi iqlimi və zeytun ağaclarının geniş yayılması səbəbindən zeytun poleni allergiyası ön plana çıxır. Ankara və Kayseri kimi kontinental iqlimə malik bölgələrdə isə çəmən otları və yabanı ot polenlərinə qarşı həssaslıq daha qabarıqdır.

Xüsusilə Kayseridə, qismən də Ankarada allergik həssaslığın daha aşağı səviyyədə olması quru və kontinental iqlimin allergiyanın inkişafına qarşı qismən qoruyucu təsir göstərə biləcəyinə işarə edir.

Prof. Dr. Bülent Şekerel bildirib ki, bu tədqiqat allergiyanın təkcə fərdi sağlamlıq problemi olmadığını, yaşanılan mühit, iqlim xüsusiyyətləri və həyat tərzi ilə sıx bağlı olduğunu ortaya qoyur. Onun sözlərinə görə, molekulyar allergiya testləri allergiyanın daha düzgün tanınmasına imkan yaradır və fərdi qorunma və müalicə yanaşmalarının tətbiqinə geniş yol açır.

Araşdırmanın detalları Türkiyənin nüfuzlu mətbuat orqanlarından biri olan Hürriyet qəzetinə açıqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Yanvar 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri