Türkiyənin cənubunda daha bir “Patriot” kompleksi yerləşdirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankara, 18 mart, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi Adana əyalətinin cənubunda daha bir “Patriot” hava hücumundan müdafiə raket sisteminin yerləşdirildiyini elan edib.
AZƏRTAC xəbər verir ki, nazirlik yeni sistemin Türkiyənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün görülən milli tədbirlərə töhfə verəcəyini qeyd edib.
Türkiyənin cənubuna çatdırılan hava hücumundan müdafiə sistemi Almaniyanın Ramşteyn şəhərindəki NATO-nun Birgə Hava Komandanlığı tərəfindən təmin edilib və artıq Adana şəhərində yerləşdirilən İspaniya “Patriot” sistemini tamamlayır.
Martın 10-da NATO “Patriot” sisteminin Türkiyənin Malatya vilayətində yerləşdirilməsi qərarını elan etmişdi.
Müdafiə Nazirliyi Türkiyənin cənubu üzərində İran ballistik raketlərinin vurulduğunu qeyd edib. Bu, hava və raket hücumundan müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 18 Mart 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















