Icma.az
close
up
RU
“Türkiyənin DÇ yə vəsiqə qazanması təsadüf deyil”

“Türkiyənin DÇ yə vəsiqə qazanması təsadüf deyil”

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə yığmasının “sükanı arxasında” mühüm işlər görən Vinçentso Montella vətəni İtaliyanın “Skay Sports” kanalına diqqətçəkən açıqlamalar verib.

"Football-plus.az"ın məlumatına görə, o, “ay-ulduzlular”ın başında yer aldığı 2,5 il ərzində bir çox rekordu yeniləyib. Yüksəlişin zirvə nöqtəsi kimi qardaş ölkənin komandası əvvəlcə Millətlər Liqasında A liqasına, sonra da 24 illik fasilənin ardından dünya çempinoatına vəsiqə qazandı. Halbuki Türkiyəni heç əfsanəvi Fatih Terim də mundiala daşıya bilməmişdi! 51 yaşlı mütəxəssis 2021-də “Adana Dəmirspor”un təklifini qəbul edərək işləmək üçün Türkiyəyə gələrkən bəlkə də həyatının böyük ölçüdə dəyişəcəyini və belə çətin bir ölkədə böyük sevgi qazanacağını heç ağlına da gətirmirdi. Montella bu mövzuya aid etiraflar edib.
* Türkiyədə həqiqətən güclü bir komanda formalaşdırmışıq. Bu vəzifəyə gələrkən mənə dedilər ki, əvvəlki dönəmlərdə sabitlik yox idi. Komandaya ilk növbədə taktiki intizam aşıladıq. Futbolçulara ilk gündən bəzi prinsiplərimi anlatmağa çalışdım. Daha dəqiq desəm, hamısını bir yola, eyni hədəfə yönəltməyə çalışdım. Yığma komanda elə bir yerdi ki, orda məşqçinin elə də çox zamanı olmur. Dərhal oyun strategiyasını və seçəcəyin iş metodunu müəyyənləşdirməlisən. Sonra da sabitlik yaxalamağa çalışmalısan. Yəni bir növ klubdakı sistemi oturtmalısan. Türkiyədə forma geyən isimləri az-çox tanıdığım üçün əsasən xaricdə çıxış edənləri incələmək məcburiyyətində qaldım. Bu komanda təkcə futbolçuların texniki özəllikləri sayəsində irəli getmir. Türkiyənin mundiala vəsiqə qazanması qətiyyən təsadüf deyil.
* Kənan Yıldız ilə ilk tanışlığımdan diqqətimi cəlb edən məqamlar oldu. Hiss etdim ki, həmişə öz üzərində çalışmaq istəyir və inkişafa can atır. Məşqin gedişində məndən ona başqa, fərqli hərəkətlər öyrətməyimi, aşılamağımı tələb edirdi. Hətta məşq bitəndən sonra da meydandan ayrılmaq istəmirdi. Hamıdan birinci gəlir və hamıdan axırıncı gedirdi. Həmin anlarda başa düşdüm ki, Kənan Yıldız inkişaf etməyə məhkumdu. Fürsətdən istifadə edərək Luçano Spalletiyə də bir məsləhət vermək istəyirəm. Ondan xahiş edirəm ki, “Yuventus”da mövsümün qalan hissəsində Kənan Yıldızla bağlı çox da riskə getməsin.
* 2019-da “Fiorentina”dan ayrılandan sonra müəyyən boşluq yaşadım. Təxminən ilyarın ərzində İtaliyada heç kimə lazım olmadım. Heç bir təklif almadım. Bu üzdən Türkiyədən gələn təklifi qəbul etdim. Özümü yenidən sübut etmək istədim. Düzünü desəm, o dönəmdə hətta məşqçi karyeramı bitirmək haqda düşündüyüm günlər də oldu. Çünki artıq şansımın tükəndiyini düşünürdüm. Sonra koronavirus dönəmi başladı. Uzun müddət evdə qaldım. Özümü xöşbəxt hiss edirdim. İşləmək istəsəm də, masamın üzərindəki təkliflər xoşuma gəlmirdi. “Adana Dəmirspor”un təklifi doğru zamanda gəldi. Orda bir müddət işləmək və əvvəlki həyəcanımı bərpa edib-etməyəcəyimi görmək istədim.
* İtaliya futbolunda hər şeyin bu dərəcədə bərbad durumda olduğunu deməzdim. Bəzi ən güclü komandaları bir kənara qoysaq, İtaliya əslində rəqabətcil ölkədi. Düzdü, komanda ardıcıl 3-cü dəfə dünya çempionatına vəsiqə qazana bilmədi. Bu durum üzündən ölkə futbolunda böyük bir gərginlik hökm sürür. Ancaq texniki cəhətdən İtaliya mundiala yollanmağa layiq idi. Ölkə futbolunun gələcəyi baxımından o dərəcədə ümidsiz deyiləm.
* “Roma”nın ən böyük problemi təzyiqdi. Orda təzyiq həddən artıq böyükdü. Düzdü, bəzən orda insanı göylərə uçuracaq qədər sevgi də aşılayırlar. Bəzən elə olur ki, rəhbərlik yetərincə dəstək versə də, məşqçi ilə klub arasında anlaşma səviyyəsi yüksək olmur. Bu da problemlərə yol açır.
* Mən “Roma”da Xosep Qvardiola ilə də oynamışam. Bu üzdən məşqçiliyə başlayanda əslində ilk növbədə onu yaxından incələməliydim. Amma mənim ilk incələdiyim şəxs Karlo Ançelotti oldu. Bir müddət onun yanında praktika keçdim və bu, mənim üçün mükəmməl bir təcrübə idi. Sonra artıq diqqətimi Qvardiolaya yönəltmək zamanı gəlmişdi. Həmin vaxt “Roma”nın akademiyasında çalışırdım. Futbolu çox sevən bir oğlum var idi. Messini yaxından görə biləcəyi üçün çox həyəcanlı idi. Sonra bir gün Pratodakı matçın ardından “Roma” rəhbərliyindən zəng gəldi. Klaudio Ranyerinin istefaya göndərildiyini dedilər. Məni kluba çağırdılar və artıq baş məşqçi səlahiyyətlərini icra edəcəyimi söylədilər. Həmin an oğluma nə deyəcəyimi bilmədim.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri