Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

“Türkiyənin də Qəzzaya buraxılmamasının əsil səbəblərindən biri də məhz bu amildir...”

“Türkiyənin də Qəzzaya buraxılmamasının əsil səbəblərindən biri də məhz bu amildir...”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Türkiyəyə bölgədə sülhün və təhlükəsizliyin təminatçısı rolu verilməlidir. Bu,  Yaxın Şərqdə uzun illər davam edən müharibə və zorakılıqların dayandırılmasının yeganə həlli yoludur...”

Xəbər verildiyi kimi, İsrail baş naziri Benyamin Netanyahu bəyan edib ki, Qəzzada təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulan çoxmillətli qüvvələrin tərkibində Türkiyə hərbçiləri olmayacaq. Netanyahu bildirib ki, Təl-Əviv Türkiyənin qüvvələrinin Qəzzada və ya İsrailin nəzarəti altındakı ərazilərdə iştirakını qətiliklə rədd edir və “bu torpaqda türk çəkməsi olmayacaq” sözlərini işlədib. Görəsən, bu münasibət İsrail-Türkiyə münasibətlərinin gələcəyini haraya aparır?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:

“İsrail-Türkiyə münasibətləri Təl-Əvivin regiondakı davakar fəaliyyəti, xüsusən də Fələstinə qarşı həyata keçirdiyi işğal faktorundan sonra pozuldu. Ankaranın İsrailin planlarına və hərəkətlərinə qarşı sərt davranışı və ritorikası bir vaxtlar sıx əməkdaşlıq edən iki dövləti münaqişə həddinə çatdırıb. Bəşər Əsədin devrilməsi və Əş-Şaraanın hakimiyyətə gəlməsi bu riski bir qədər də artırmış oldu. Türkiyənin mövqeyi haqlıdır, beynəlxalq hüquq normalarına və regionun təhlükəsizliyinin təminatına əsaslanır. ABŞ-ın fəal dəstək verdiyi İsrail Yaxın Şərq coğrafiyasını müharibə və zorakılıqlar alanına çevirib. Onun hücumlarına və təhdidlərinə Suriya, Livan, İran, İraq, Qətər, Fələstin, Yəmən məruz qalıb. Digər dövlətlər də özlərini güvəndə hiss etmirlər. Doğrudur, İranın dəstəklədiyi “HƏMAS”, “Hizbullah” kimi proksi-qüvvələr Təl-Əvivin əlinə özünü müdafiə haqqı bəhanəsi verir. Ancaq terrora qarşı münasibətdə bölgə xalqları ağır bədəl ödəməməlidirlər.  2023-cü ilin 7 oktyabrında başlanan İsrail-“HƏMAS” müharibəsi yüz minlərlə insan həyatına son qoydu. İsrail bu hücumun qisasını ən ağır şəkildə Fələstin xalqına ödətdi.  Qəzza bölgəsi, demək olar ki, xarabalığa, insanlıq faciəsinə çevrildi. Törədilən qətliamların və dağıntıların miqyası  o dərəcədə böyük oldu ki, hətta İsrailin qərbli müttəfiqləri də buna ciddi etirazlarını bildirmək məcburiyyətində qaldı. Bundan sonra Prezident Donald Tramp Qəzzada sülhyaratma planı irəli sürdü...

20 bənddən ibarət olan sülh planı əslində Netanyahunun xilas alanı idi və konfliktin əsaslarını özündə ehtiva etmirdi. Ona görə də iflasa uğradı.Trampın təşəbbüsü ilə  Misirdə keçirilən Qəzza Sülh Sammitində razılaşmalardan biri də münaqişə bölgəsinə, konkret olaraq Qəzza zolağında təhlükəsizliyi təmin edilməsi üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulurdu. Həmin qüvvələrə Pakistan, İndoneziya , Türkiyə, Azərbaycan hərbçilərinin daxil edilməsi fələstin millilərinə təlim keçilməsi kimi məsələlər də öz əksini tapmışdı. Lakin Bakı silahların susmadığı və təhlükəsizliklə bağlı problemlərin qaldığını nəzərə araq Qəzzaya hərbçi göndərməkdən imtina etdi. Türkiyə qüvvələrinə isə Təl- Əviv qəti şəkildə etiraz edir. Aydındır ki, Netanyahu iqtidarı Türkiyənin bölgədə rolunun və nüfuzunun artmasını istəmir və əgər bu, baş verərsə Ankara ilə toqquşma ehtimalını artırmış olur. Çünki Türkiyə sıradan bir dövlət deyil, heç İran da deyil. İsrail qüvvələr balansının onun ziyanına dəyişməsinə izn vermək istəmir. Fikrimcə, Türkiyəyə bölgədə sülhün və təhlükəsizliyin təminatçısı rolu verilməlidir. Bu,  Yaxın Şərqdə uzun illər davam edən müharibə və zorakılıqların dayandırılmasının yeganə həlli yoludur

Tarixə ekskurs etsək bir daha aydın olar ki, Osmanlı dönəmində Yaxın Şərq bu cür qarğaşalı hallar olmayıb.  Görünür, İsrail və onun sarsılmaz müttəfiqi olan ABŞ bölgədə dayanıqlı sabitlik və sülh istəmirlər. Türkiyənin də Qəzzaya buraxılmamasının əsil səbəblərindən biri də məhz bu amildir...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Noyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see183

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see142

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see138

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri