Türkiyənin düşməni tarixdən silinir: 3 bölgə təmizləndi 48 saat ərzində...
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“İldırımsürətli hücum taktikası ilə daha öncə Bəşər Əsəd rejimini devirən Suriya ordusu, 48 saat ərzində PKK terror təşkilatının bu ölkədəki qanadı olan YPG-yə şiddətli zərbələr endirdi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kazım Kazımlı deyib.
Siyasi şərhçi bildirib ki, 2015-ci ildə ABŞ hökumətinin regionda “proksi güc” olaraq lokal təşkilat formatından çıxarıb gücləndirdiyi və Qərb tərəfindən uzun illər dəstəklənən YPG artıq tarixə qovuşmaq üzrədir:
“Xəritədən göründüyü kimi, Fərat çayını sürətlə keçən Suriya ordusu neftlə zəngin Deyr əz-Zor, Rəqqa kimi stratejik nöqtələri ələ keçirərək YPG-nin mərkəzi olan Həsəkəyə doğru irəliləyir.
Müdafiə xətti yarılan YPG rəhbərləri diplomatik yollarla ən azından bu bölgəni əldə saxlamaq və mövcudiyyətlərini qorumaq üçün Şamla görüşürlər. Digər tərəfdən ABŞ-a, İsrailə və Avropa İttifaqına (Aİ) saysız-hesabsız müraciətlər edilir. Lakin hələlik YPG üçün ciddi bir addım atılmayıb.
Suriya ordusunun bu qədər sürətlə irəliləməsinin əsas səbəbi Türkiyənin hərbi, Qətər və Səudiyyə kimi Körfəz ölkələrinin diplomatik dəstəyidir. Türkiyə uzun illərdir Suriyada YPG-nin dövlətləşməməsi üçün əlindən gələn bütün addımları atır. Körfəz ölkələri isə İraqdan sonra bölgədə “bölünmüş yeni bir ərəb dövləti” görmək istəmir”.
Kazım Kazımlı
K.Kazımlının sözlərinə görə, bütün bu dəstəklər ABŞ Prezidenti Donald Trampı inandırmaq üçün kifayət edib:
“İsrailin hər hansı ciddi addım ata bilməməsinin isə bir neçə səbəbi var. İranla müharibə ehtimalının yüksək olduğu bir dövrdə Suriyayla məşğul olmaq Təl-Əviv üçün arzuolunan deyil. İsrail inqilabdan qısa müddət sonra Suriyanın20 kilometr dərinliyindəki ərazini zəbt etdi və druzları mərkəzi hökumətə qarşı qaldıraraq prosesi yubatmağa çalışdı. Lakin bunun qarşısını ala bilmədi.
Şam hökuməti daxili və xarici hərbi-siyasi həmlələrlə kontur-addımlar atdı, beləliklə mövqelərini gücləndirdi. Kürd dilinin rəsmi dil kimi tanınması, əşirətlərlə yaxınlaşma, Körfəz ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi bu nümunələrdən yalnız bir neçəsidir.
Hesab edirəm ki, YPG tam məhv edilməsə də, bir daha Suriyada fövqəladə bir vəziyyətin meydana gəlməyəcəyi təqdirdə müstəqil oyunçu kimi var olmayacaq. Artıq Şam bölgəni istədiyi kimi dizayn etməyə başlayıb”.
Turan Rzayev
Globalinfo.az
Baxış sayı:86
Bu xəbər 19 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















