Türkiyənin Göbəklitəpə Məbəd Kompleksini 3,5 milyondan çox turist ziyarət edib
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətindəki Göbeklitəpə məbəd kompleksini 2019-cu ildə rəsmi açılışından bəri 3,5 milyondan çox yerli və xarici turist ziyarət edib.
AZƏRTAC xəbər verir ki, təkcə bu ilin əvvəlindən dünyanın ən qədim tikililərindən biri olan, yaşı 12 min il olan abidəni ziyarət edənlərin sayı 65 min nəfərə çatıb.
Türkiyə vilayətinin rəsmiləri arxeoloji qazıntıların davam etdiyi məşhur meqalitə marağın artdığını bildiriblər.
2018-ci ilin iyul ayında türkcə “Qarınlı təpə” mənasını verən Göbeklitəpə kompleksi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib, 2019-cu ilin martında isə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı olub.
Dövlət başçısının qərarı ilə 2019-cu il Türkiyədə “Göbeklitəpə İli” elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 Mart 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















