Icma.az
close
up
RU
Türkiyənin İkinci Dünya Müharibəsinə qoşulmasını 4 il ləngidən kiçik döyüş

Türkiyənin İkinci Dünya Müharibəsinə qoşulmasını 4 il ləngidən kiçik döyüş

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kastellorizo ​​adası Egey dənizində, Türkiyə sahillərindən təxminən 1 kilometr məsafədə yerləşən və Yunanıstanın şərq istiqamətində ən uzaqda yerləşən adasıdır. 1941-ci ildə bu ada uğrunda gedən kiçikmiqyaslı döyüş Türkiyənin İkinci Dünya Müharibəsinə qoşulmasını 4 il ləngidən hadisə olub.

Lent.az həmin döyüşün tarixçəsi barədə məlumatı təqdim edir.

İkinci Dünya Müharibəsi illərində Kastellorizo adası İtaliyanın nəzarəti altında idi. Almaniya, İtaliya və digər müttəfiq dövlətlər bu adanı Şərqi Aralıq dənizində Fransa, Britaniya və Sovet İttifaqının fəaliyyətini məhdudlaşdırmaq üçün əsas qala kimi görürdülər. Uinston Çörçill hesab edirdi ki, Kastellorizo və Krit adalarının tutulması müttəfiqlərə limanlar və aerodromlar verəcək, eyni zamanda neytral (bəzən hətta Almaniya ilə ittifaqa meylli) ölkələrə, o cümlədən Türkiyəyə Böyük Britaniya ilə ittifaqa cəlb olunmağa maraq yaradacaq. Lakin 1941-ci ilin əvvəlində Türkiyə Prezidenti İsmət İnönü İngiltərənin Almaniyaya qarşı koalisiyasına qoşulmaq təklifini qəbul etməkdə tərəddüd edirdi. Həmin dövrlər müharibənin nəticəsi hələ də həll olunmaqdan çox uzaq idi və çox siyasətçilərin fikrincə, Avropada hər şey Hitler Almaniyasının qələbəsinə doğru gedirdi. Bu şəraitdə Türkiyə sahillərində Britaniya imperiyasının gücünü göstərmək lazım idi. Britaniya Türkiyəni öz ittifaqına cəlb etmək üçün bu dövlətin sahilləri yaxınlığında, italyanların nəzarət etdiyi Kastellorizo adasında xüsusi əməliyyat həyata keçirməyə qərar verir.

 25 fevral 1941-ci ildə iki kreyser və yeddi esminets ilə əhatə olunmuş 200 ingilis komandosu və 24 dəniz piyadası, cəmi 35 gömrük işçisi tərəfindən müdafiə olunan adaya hücum etdi. Bir neçə saat ərzində ada Britaniyanın nəzarətinə keçdi, lakin italyan rabitəçi hücumla bağlı Rodos adasındakı əsas qərargaha həyəcan siqnalı göndərə bildi. İngilislər italyanların əsas qüvvələrinin hadisədən məlumatsız olduğunu düşünür və adada öz mövqelərini möhkəmləndirmirdilər. Bu, onla  üçün böyük səhv idi. İtalyanlar həyəcan siqnalına dərhal reaksiya verdilər. Artıq həmin günün axşam saatlarında adaya italyanların kəşfiyyat dəstəsi yerləşdi və ingilis qarnizonu haqqında məlumatlat toplamağa başladı. Fevralın 27-də ingilis donanması adadan ayrıldıqdan sonra italyan donanması minaatan, iki top və təxminən 340 əsgər və dənizçini adaya endirdi. İtalyanlar ingilisləri tez bir zamanda Nifti burnuna sıxışdırdılar, orada səngər döyüşləri başladı. Tezliklə, ingilis hərbçilər özlərini ümidsiz vəziyyətdə gördülər və sağ qalan komandolar gecə ərzində təxliyə edildilər. Təxliyə zamanı ya digərlərindən ayrı düşmüş, ya da unudulmuş bir neçə əsgər italyanlar tərəfindən əsir götürüldü. Çörçill sonralar həmin desant əməliyyatının uğursuzluğundan məyus olduğunu etiraf etdi. Beləliklə, İtaliyanın Kastellorizo adasını yenidən zəbt etməsi, II Dünya Müharibəsi zamanı Hitler Almaniyası və müttəfiqlərinin Britaniya, Fransa və ABŞ qüvvələrini müstəqil şəkildə məğlub edə bildiyi və əvvəllər itirdikləri bir adanı geri ala bildiyi nadir hallardan biri oldu.

Bu uğursuzluq Türkiyənin müttəfiqlərə qoşulması prosesini də 4 il ləngitdi. Türkiyə yalnız 1945-ci il 23 fevralda Almaniya və müttəfiqlərinə müharibə elan etdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Yanvar 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see244

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see197

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see194

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see162

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see136

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see134

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri