Türkiyənin İqdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Ankara, 23 may, AZƏRTAC
Türkiyənin şərqindəki İğdır şəhərində “Konstitusiya və Suverenlik ili” münasibətilə konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Qarsdakı Baş Konsulluğu, Türkiyənin İqdır vilayəti valiliyinin administrasiyası və Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.
Konsertə gələnlər arasında İqdır valisi Ercan Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İqdır Universitetinin rektoru, professor Ekrem Gürel, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev və başqaları olublar.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və digər rəsmi şəxslər mədəni tədbirin iştirakçıları qarşısında çıxış edərək Türkiyə və Azərbaycan xalqlarını tarixən birləşdirən qardaşlığı və əlaqələrin sarsılmazlığını vurğulayıblar.
İqdırdakı “Milli bağ” parkının ərazisində Azərbaycanın milli geyimlərinin nümayişi keçirilib.
Daha sonra Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov və Əməkdar artist Rəvanə Qurbanovanın çıxışları olub.
İqdır və ətraf vilayətlərin sakinləri Türkiyə və Azərbaycan bayraqları ilə ölkəmizə həsr olunmuş mədəni tədbirlərin davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















