Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

TÜRKİYƏNİN NÜVƏ SİLAHI VAR? Ankaranın səssiz gücünü ortaya çıxan 5 FAKT

TÜRKİYƏNİN NÜVƏ SİLAHI VAR? Ankaranın səssiz gücünü ortaya çıxan 5 FAKT

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

 "Çox da arzulamarıq, amma gücün sahədə göstərilməsi lazım olan gün, gücün kimdə olduğunu görərlər!"

Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir

Namiq Bilal

Türkiyə öz geostrateji maraqlarını sökə-sökə, addım-addım reallaşdırır. Geopolitik çəkişmələrdə tərəflərdən biri öz marağını təmin edirsə, bu, digərlərinin maraqlarının əzilməsi hesabına baş tutur. Türkiyə Cümhuriyyəti Liviyada, Qətərdə, Suriyada, İraqda, Qarabağda, Somalidə, Balkanlarda və Türk coğrafiyasında öz maraqlarını yeridirsə, itirən tərəflərin hamısında Türkiyəyə qarşı əks-addım potensialı formalaşır. Bu, təbiidir.

Diqqət yetirək: adları çəkilən coğrafiyalarda maraqlarını Türkiyəyə uduzanların xeylisi nüvə silahına sahib olan dövlətlərdir. Nüvə silahına sahib olmayan bir dövlət atom bombasına malik olan bir neçə dövlətin çox önəmli maraqlarını zor gücünə qoparıb alır. Və maraqlıdır, dünyadakı bu vəhşi “bespredel” dövründə həmin dövlətlərin heç biri Türkiyəni nüvə silahı ilə təhdid edə bilmir. Belə vəziyyətin yalnız bir məntiqi izahı ola bilər: Türkiyə adekvat cavab gücünə sahibdir.

Bəs Türkiyə nüvə silahına sahibdir, yoxsa yox? Dəqiq bilmirik. İncirlikdəki ABŞ bombalarını hesaba qatmırıq. Çünki həmin arsenal Türkiyənin birmənalı nəzarətində deyil. ABŞ kimi etibarsız müttəfiqə güvənmək isə Türkiyənin edə biləcəyi ən böyük səhvlərdən biri olardı.

Əlimizdə Ankaranın nüvə silahına sahib olduğunu dolayısı ilə təsdiqləyən çox sayda fakt var. Həmin faktları bir sapa düzərək nəzərdən keçirək:

Birinci fakt. Hələ altı il öncə R.T. Ərdoğan bütün dünyada çox danışılan bəyanatla çıxış etmişdi: “Sizin əlinizdə nüvə silahı varsa, niyə bizdə olmasın? Ya siz də bu silahdan imtina edəcəksiniz, ya da biz nüvə silahı əldə edəcəyik. 

Bütün dünyada “bomba effekti” yaradan bu bəyanat ən böyük media orqanları və düşüncə quruluşları tərəfindən “Türkiyə öz nüvə silahını yaradır” şəklində dəyərləndirildi. Ərdoğan kimi iri çaplı siyasətçinin boş yerə belə ağır məsuliyyətli bəyanat verəcəyi əsla ağlabatan deyil. Bəyanat bircə dəfə səsləndirildi və sonra mövzu bağlandı.

O dövrdə bəzi ekspertlər bu bəyanatı Ərdoğanın ABŞ-yə ünvanladığı siyasi alver predmeti kimi dəyərləndirmişdi. Lakin Türkiyə Birləşmiş Ştatlardan fövqəladə əhəmiyyətli heç nə almadı. Əksinə, o zaman da prezident olan Donald Trampın təhdidləri və embarqoları ilə üz-üzə qaldı. Yada salaq ki, məhz Tramp həmin dövrlərdə Türkiyəni F-35 proqramından çıxarmışdı. Pulunu ödəməsinə baxmayaraq, Türkiyə bu günə qədər həmin təyyarələri ala bilməyib.

İkinci fakt. Başda yunan mediyası olmaqla, çox sayda dünya çaplı mətbu orqan Türkiyənin artıq nüvə silahına sahib olduğunu mütəmadi olaraq səhifələrinə daşıyır. Bir müddət əvvəl isə yunan mediasında Türkiyə və Pakistanın iş birliyi çərçivəsində taktiki nüvə başlıqlarının türk raketlərinə inteqrasiyası ilə bağlı konkret məlumatlar yayıldı. Çox sayda texniki detalların da yer aldığı həmin məqalələrdə kiçik ölçülü taktiki nüvə başlıqlarının türk səyyar raketlərinə taxıldığı iddia olunurdu.

Üçüncü fakt. Bu günlərdə prezident Ərdoğan Türkiyənin uzun mənzilli raket istehsalına başladığını elan edib. Uzun mənzilli raketlər – üç min kilometrdən çox məsafə qət edə bilən raketlərdir. Mütəxəssislərin söylədiyinə görə, çox yüksək maliyyətli belə raketləri heç bir dövlət adi partlayıcı başlıqlar daşımaq üçün yaratmır. Dünya praktikasına görə, yüz milyonlarla dollara başa gələn belə raketlər yalnız nüvə başlığı daşımaq üçün istehsal olunur. Yüz milyonlarla dollar xərcləyib, üç min km məsafədəki obyektə bir neçə yüz kiloqram adi partlayıcı atmaq məntiqsizliyin tam zirvəsidir.

Məlumat üçün qeyd edək ki, təxminən iki il öncə Türkiyə mütəxəssisləri öz istehsalı olan raketi kosmosda 130 km yüksəkliyə qaldıra bilmişdi. Ekspertlərin iddialarına görə, əgər 130 km hündürlüyə dik atışla raket göndərə bilirsənsə, üç min km mənzil artıq problem deyil.

Bir məsələnin də altını cızaq: İranın İsrailə atdığı raketlər uzun mənzilli deyil, qat-qat ucuz başa gələn orta mənzilli raketlərdir.

Dördüncü fakt. Pakistanla Türkiyə arasındakı hərbi-texniki iş birliyi. Bu iş birliyinin arxa planında nüvə silahı və raket texnologiyalarının dayandığı hamıya məlum olan sirrdir.

Beşinci fakt. Bu günlərdə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı çox böyük sensasiya sayıla biləcək məlumat yaydı. Həmin məlumata görə, Türkiyə nüvə mühərrikləri ilə çalışacaq sualtı gəmi istehsalına qərar verib. Altını cızaraq qeyd edək ki, nüvə yanacağı ilə çalışan mühərrik istehsal etmək, atom bombası istehsal etməkdən qat-qat çətindir. Atom sualtı gəmiləri çox uzaq məsafələrə getmək, aylarla suyun altında qalmaq və nüvə silahı daşımaq üçün nəzərdə tutulur. Əks halda, bir neçə milyard dollara başa gələn belə gəmilər öz maliyyətini ödəmir.

Yada salaq ki, Türkiyədə bir neçə nüvə araşdırma mərkəzi ötən əsrin 50-ci illərindən fəaliyyət göstərir. Başqa sözlə, Türkiyənin bu istiqamətdə kifayət qədər geniş təcrübəsi var.

Bütün deyilənlərdən sonra belə ehtimal irəli sürmək olar ki, Türkiyə nüvə silahına sahibdir, amma bunu elan etmir. Fikrimcə, bu ehtimal reallıqdan o qədər də uzaq deyil. Digər tərəfdən, məsələ cəmiyyətə açıqlanmırsa, bu o demək deyil ki, başqa dövlətlərin aidiyyəti qurumları da hadisələrin gedişatından məlumatsızdır.

Türkiyə Cümhuriyyəti Rusiya, Fransa və İsrail kimi nüvə dövlətlərinin ən əhəmiyyətli maraqlarını “of” demədən əzib keçir, amma cavab gəlmir. İstənilən variantda bu, o deməkdir ki, Türkiyənin əlində mümkün nüvə təhdidlərinə qarşı çox güclü kartlar var.


Sonda Türkiyənin Müdafiə Sənayesi naziri, professor İsmayıl Dəmirin bu yaxınlarda səsləndirdiyi bir fikri xatırlatmaq istərdik: "Çox da arzulamarıq, amma gücün sahədə göstərilməsi lazım olan gün, gücün kimdə olduğunu görərlər!"

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri