Icma.az
close
up
RU
Türkiyənin podratçı şirkətləri 3 ayda xaricdə 560 milyon dollarlıq sifariş alıb

Türkiyənin podratçı şirkətləri 3 ayda xaricdə 560 milyon dollarlıq sifariş alıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 8 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Türkiyənin tikinti podratçıları xaricdə ümumilikdə 560 milyon dollarlıq layihələrin həyata keçirilməsi üçün sifarişlər alıb.

AZƏRTAC bu barədə Türkiyə Ticarət Nazirliyinin aprelin 8-də mətbuatda dərc olunmuş məlumatına istinadla xəbər verir.

Nazirlik qeyd edib ki, Türkiyə xaricdə tikinti layihələrində iştiraka görə TOP-10 ölkə sırasında yer alır.

2024-cü ildə Türkiyə inşaatçıları xaricdə ümumi dəyəri 29,2 milyard dollar olan 343 layihə həyata keçiriblər. Bu ilin yanvarından martın sonunadək isə onlara 14 iri layihə həvalə edilib.

Ümumilikdə, Türkiyədə podratçıların fəaliyyəti ilə bağlı statistik məlumatların toplanmağa başlandığı 1972-ci ildən bəri türk inşaatçılar 137 ölkədə ümumilikdə 535,3 milyard dollar dəyərində 12505 layihə həyata keçiriblər.

Bu həcmin böyük hissəsi (43,7 faiz və ya 233,7 milyard dollar) MDB ölkələrinin payına düşüb. Sonrakı yerdə Yaxın Şərq regionu gəlir (25,4 faiz və ya 136,1 milyard dollar).

Ölkələr baxımından ən çox tikinti layihələri Rusiyada – 103 milyard dollar, Türkmənistan (54 milyard dollar) və İraqda (35,3 milyard dollar) həyata keçirilib. Liderlər sırasında, həmçinin Səudiyyə Ərəbistanı (33,7 milyard dollar) və Liviya (31,4 milyard dollar) yer alır. Sonrakı yerləri Qazaxıstan (29,6 milyard dollar), Əlcəzair (22,7 milyard dollar) və Azərbaycan (20,6 milyard dollar) tutub.

Nazirlik qeyd edib ki, türk inşaatçıları tərəfindən bu günə qədər xaricdə həyata keçirilən bütün layihələrin 13,9 faizi tunel, yol və körpülərin tikintisinə aiddir. Qalan 13,4 faiz – evlərin, 8,4 faiz – elektrik stansiyalarının, 7 faiz – dəmir yolunun, 6,8 faiz – ticarət mərkəzlərinin tikintisini əhatə edir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri