Icma.az
close
up
RU
Türkiyənin probasiya təcrübəsi öyrənilir Fotolar

Türkiyənin probasiya təcrübəsi öyrənilir Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ədliyyə Nazirliyinin Probasiya xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Gənclər Fondunun və Azərbaycan Universitetinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti 7-11 aprel tarixlərində Türkiyənin Ankara şəhərində təlim səfərində olublar.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin Probasiya üzrə Dairə Başkanlığının təşkilatçılığı ilə baş tutan səfər probasiya və digər cəza-icra qurumlarının fəaliyyəti ilə tanışlıq və qarşılıqlı təcrübə mübadiləsi məqsədi daşıyıb.

İlk olaraq Azərbaycan nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Səfər zamanı qardaş ölkənin bu il 20 illik yubileyini qeyd etdiyi probasiya fəaliyyətinin tarixi və mahiyyəti, Türkiyənin probasiya qurumlarının funksiya və səlahiyyətləri, probasiya qeydiyyatında olan şəxslərin, o cümlədən narkomaniyadan məcburi müalicə alan şəxslərin reabilitasiyası, yetkinlik yaşına çatmayanların cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası, onlara tətbiq olunan təhsil və sosial-psixoloji dəstək proqramları, probasiya üzrə innovativ texnoloji yeniliklər, elektron qolbaqların tətbiqi, rəqəmsal monitorinq texnologiyaları və digər mövzularda təlimlər və təcrübə mübadiləsi aparılıb.

Bundan əlavə, Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinə, Probasiya üzrə Dairə Başkanlığına, Ankara Probasiya İdarəsinə, Ankara Uşaq tərbiyə müəssisəsinə, Sincan Açıq tipli cəza-icra kompleksinə, Qırıqqala Cümhuriyyət Baş Prokurorluğuna, asılılıqla mübarizə proqramlarından biri olan “Hüzur Köy” - Narkomaniya ilə mübarizə və Sosial Adaptasiya Mərkəzinə və digər ədliyyə qurumlarına baş çəkilib.

Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım, Probasiya üzrə Dairə Başkanı Dr. Hüseyin Şık, Qırıqqala Cümhuriyyət baş prokuroru Akın Çetin və digər rəsmi şəxslərlə görüşləri keçirilib. Görüşlərdə ölkəmizdə son dövrlər probasiya sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə ətraflı məlumatlar verilib, hər iki ölkənin bu sahədə müsbət təcrübəsi, tətbiq olunan təlim və sosial-psixoloji dəstək proqramları, habelə asılılıqla mübarizə, bərpaedici ədliyyə və rəqəmsal monitorinq texnologiyaları ilə bağlı qarşılıqlı faydalı fikir mübadiləsi aparılıb, tərəflər özlərinin probasiya, sosial adaptasiya və reabilitasiya üzrə müsbət təcrübələrini bölüşüblər.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri