Icma.az
close
up
RU
Türkiyənin Qara dəniz bölgəsində sel və torpaq sürüşməsi nəticəsində dəyən ziyan qiymətləndirilir

Türkiyənin Qara dəniz bölgəsində sel və torpaq sürüşməsi nəticəsində dəyən ziyan qiymətləndirilir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 21 sentyabr, AZƏRTAC

Türkiyənin şimal-şərqində yağan leysan yağışları ölkənin Qara dəniz bölgəsində torpaq sürüşməsinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Meteorologiya İdarəsi Artvin, Giresun, Rizə və Trabzon vilayətlərində leysan yağışlarının davam edəcəyi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Türkiyədə 343 yaşayış məntəqəsi ilə əlaqə kəsilib, 26 yolda torpaq sürüşmələri baş verib, bir neçə körpü dağılıb və ya zədələnib. Ölən və yaralananlar olmayıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və gənclər və idman naziri Osman Aşkan Bak Rizə vilayətinə gələrək təbii fəlakət bölgəsindəki vəziyyətlə tanış olublar.

Yolların, elektrik və su təchizatının bərpası istiqamətində işlərə başlanılıb. Ekspertlər dəymiş ziyanı qiymətləndirirlər. Xilasedicilər və jandarma əməkdaşlarının Tunca rayonunda su basmış evlərdən insanları təxliyə etdiyi Rize vilayətində vəziyyət çətin olaraq qalır. Bəzi hallarda xilasetmə əməliyyatları üçün tikinti texnikasından istifadə olunub. Bəzi binalar dağılıb.

Səlahiyyətlilər təbii fəlakətin ilkin xilasetmə işləri üçün artıq 4 milyon türk lirəsi ayrıldığını açıqlayıb.

Mütəxəssislərin hesablamalarına görə, təkcə son 24 saat ərzində Türkiyənin Şərqi Qara dəniz bölgəsində hər kvadratmetrə 272 kq yağıntı düşüb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fəlakət uzaq bir adada həyatı məhv etdi Ancaq gözlənilməz hadisə alimləri təəccübləndirdi

20 Sentyabr 2025 03:32see137

Anymanın Bakı şousu!

20 Sentyabr 2025 00:15see135

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see134

Qonağ getdiyi evdə keçmiş həyat yoldaşını qanına qəltan etdi

20 Sentyabr 2025 01:32see134

Zelenskidən müharibə ilə bağlı sürpriz AÇIQLAMA

19 Sentyabr 2025 22:50see131

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see131

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see129

Qərbi Azərbaycan Xronikası: Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu

20 Sentyabr 2025 00:48see126

Kroufordla Kanelonun bir döyüşə qazandıqları UFC nin bir ilə qazandığına bərabər olub

20 Sentyabr 2025 08:14see126

Gənclər niyə evlənmək istəmir? VİDEOSORĞU

19 Sentyabr 2025 23:17see125

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see124

Paşinyanın istəyi ilə rütbəli şəxs vəzifəsindən azad edildi

19 Sentyabr 2025 18:45see124

Kamçatkada 120 dən çox zəlzələ olub

20 Sentyabr 2025 01:05see123

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see123

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see123

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see122

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see121

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see120

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see117

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri