Icma.az
close
up
RU
Türkiyənin Rusiyadakı sabiq səfiri: Regiondankənar aktorlar Ankara və Bakının sülh səylərinə mane olmamalıdır

Türkiyənin Rusiyadakı sabiq səfiri: Regiondankənar aktorlar Ankara və Bakının sülh səylərinə mane olmamalıdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 25 aprel, AZƏRTAC

Türkiyə və Azərbaycan məhz Cənubi Qafqaz regionuna uzunmüddətli sülh gətirən dövlətlərdir. Regiondankənar ölkələrin iki qardaş ölkənin sülh səylərinə mane olmaması, onların görəcəyi ən yaxşı işdir.

Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Ankaradakı OSTİM Texniki Universitetində keçirilən “Müstəmləkəçilik cinayətləri” mövzusunda konfransda moderator qismində iştirak edən Türkiyənin Rusiyadakı sabiq səfiri Ümit Yardım bildirib.

Türkiyəli diplomat 44 günlük Vətən müharibəsinin siyasi və hərbi nəticələri ilə bağlı müasir Azərbaycanın nailiyyətlərini “parlaq” adlandırıb. “Azərbaycanın Qələbəsi, şübhəsiz ki, regionda sülh və sabitliyə gedən yolda ciddi irəliləyişlərə gətirib çıxardı. Lakin təəssüflər olsun ki, müəyyən regiondankənar güclərin Cənubi Qafqazla bağlı başqa planları var”, -deyə sabiq səfir bildirib.

Onun sözlərinə görə, Ankara Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinin vacibliyini başqalarından daha yaxşı dərk edir.

Diplomat qeyd edib: “Əlbəttə, Ermənistanla sülh sazişinin imzalanması bütün region üçün mühüm addımdır, lakin Türkiyə və Azərbaycan bu addımdan sonra sayıqlığı itirməməlidir”.

Ümit Yardım bir vaxtlar Osmanlı imperiyasına qarşı “erməni kartı”ndan istifadə edən ölkələrin dəstəklədiyi qondarma “soyqırımı” lobbisinin hiylələrinə də diqqət çəkib.

Sabiq səfir Cənubi Qafqazla heç bir əlaqəsi olmayan bir ölkənin lideri Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan daha radikal bəyanatlar səsləndirməsini tragikomik hal adlandırıb.

Türkiyəli diplomat rəsmi İrəvanın özünün də mövqeyinə diqqət çəkərək bildirib: “Ermənistanın mövqeyində heç bir köklü dəyişiklik görmürəm”. O, eyni zamanda, Türkiyə və Azərbaycanın liderlik etdiyi yeni münasibətlər sisteminin formalaşması ilə Fransa kimi güclərin Cənubi Qafqazda təsirinin yox olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Ankara Universitetində keçirilən konfransın iştirakçıları Cənubi və Şimali Amerika, Afrika xalqlarının, eləcə də Balkan regionu, Pakistan, Hindistan, Myanma əhalisinin müstəmləkəçilikdən sonrakı dövrdə üzləşdiyi problemlərə diqqət yetiriblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri