Icma.az
close
up
RU
Türkiyənin Suriyaya qayıdışı faktiki reallıqdır Analiz

Türkiyənin Suriyaya qayıdışı faktiki reallıqdır Analiz

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bu reallığı qəbul etməyənlər isə regionda yeni düzənin qurucusu deyil, yalnız müşahidəçisi ola bilərlər

"İsrailin Suriyada Türkiyə ilə qarşıdurmaya girməsi riski təkcə iki dövlət arasında müvəqqəti gərginlik deyil, bu, regionun gələcək təhlükəsizlik arxitekturası uğrunda aparılan fundamental mübarizənin əlamətidir". 


Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Elçin Alıoğlu deyib.


Onun sözlərinə görə, Qəzzadakı fəlakət, Livanla sərhəddə silahlı qarşıdurma təhlükəsi və ABŞ ilə münasibətlərdəki dərin böhran fonunda İsrailin Suriya cəbhəsini aktivləşdirməsi göstərir ki, Təl-Əviv artıq diplomatik imkanların tükəndiyini qəbul edir və regional mövqelərini qorumaq üçün açıq hərbi gücə arxalanmağa qərar verir: 


“Bu fonda İsrailin Dəra və Suveyda ərazilərinə doğru quru hərəkata başlaması adi “terrorçu təmizləmə əməliyyatı” kimi təqdim olunsa da, əslində bu, T4 aviabazası ətrafında Türkiyənin güclənməsinə cavabdır.

Çünki Türkiyənin bu bazaya Siper, Hisar və mümkün olaraq S-400 hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi, üstəlik, 650 kilometr məsafəni əhatə edən radarlarla İsrailin hərbi hava üstünlüyünü texnoloji olaraq məhdudlaşdırması artıq faktiki hərbi vəziyyət dəyişiklikləridir.

Təl-Əviv anlayır ki, illərdir Suriya üzərində qurduğu "vur-qaç" strategiyası iflasa uğramaqdadır.

İsrail mediasında gedən isterik kampaniyalar – Türkiyənin “regional təhdid” kimi təqdim edilməsi, Knesset deputatlarının Ankara ilə diplomatik əlaqələrin kəsilməsinə çağırması, jurnalistlərin Ərdoğanı “müsəlman dünyasının sultanı” kimi demonizə etməsi – hamısı bu qorxunun əlamətidir.

Qorxu ondan ibarətdir ki, bölgədə İsrailin hərbi monopoliyası sarsılır və bu prosesi dayandırmaq artıq mümkün deyil”.


Türkiyənin bu məsələdəki mövqeyinin əhəmiyyətli dərəcədə fərqli və daha ağıllı şəkildə qurulduğunu vurğulayan E.Alıoğlu bldirib ki, Ankaranın siyasəti hay-küylə, bəyanatlarla müşayiət olunmur. Müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidanın çıxışlarında ritorika minimum səviyyədədir:

“Bu, “strateji sükut” siyasətidir – Ankaranın yeni regional model qurmaq niyyətinin praktik tətbiqi. Türkiyə diplomatiyası sadə və aydın prinsipə əsaslanır: kim daha az danışır, amma daha çox möhkəmlənirsə – o qazanır.

Suriyada Türkiyənin məqsədi nə ekspansiya, nə də hərbi nümayişdir. Ankara açıq şəkildə bildirir ki, bu ölkənin parçalanması Türkiyə üçün milli təhlükədir. İŞİD-in qalıqları, PKK-nın qol-budaqları, qeyri-rəsmi silahlı qruplaşmalar – hamısı Türkiyənin sərhədləri üçün daimi riskdir.

Buna görə də Ankara Suriyada yeni dövlət strukturlarının formalaşmasına yardım etməyi və özünün təhlükəsizlik arxitekturasını gücləndirməyi prioritet hesab edir. İdlibdən Palmiraya qədər logistika bərpa edilir, yerli tayfa liderləri ilə danışıqlar aparılır, yeni ordu və hüquq-mühafizə orqanları hazırlanır. Bu isə artıq “geosiyasi rekonstruksiya” prosesidir və Təl-Əviv bunu çox yaxşı anlayır.

Əsədin dekabrda hakimiyyətdən getməsi və Ankaranın yeni hökumətə dəstək verməsi isə bu strategiyanın siyasi zəminini gücləndirir. Türkiyə nə ABŞ kimi uzaqdan idarəetmə modelini, nə də İran kimi qeyri-rəsmi proksi şəbəkələrini seçir. Ankara açıq, hüquqi və siyasi baxımdan şəffaf təsir arxitekturası qurur. Bu da onu regionda yeganə “oyunu dəyişən” aktora çevirir”.


Siyasi şərhçinin fikrincə, Təl-Əvivin təlaşını artıran başqa bir amil də Türkiyənin artıq təkbaşına deyil, dördtərəfli əməkdaşlıq formatında (Suriya-İraq-İordaniya-Türkiyə) çıxış etməsidir: 

“Bu format Ankaranı regional təhlükəsizliyin faktiki zəmanətçisinə çevirir. Əgər əvvəllər İsrail bu boşluğu İran və ABŞ arasında bölüşürdüsə, indi Türkiyə bu sistemə sabitlik və suverenlik prinsipinə əsaslanan yeni model təqdim edir. İsrailin Suriyadakı siyasəti uzun illərdir “idarə olunan xaos” strategiyasına söykənirdi. Bu strategiyanın əsas məqsədi Suriya kimi dövlətlərin zəif qalması, parçalanması və İsrailin hava hücumlarına cavab verə bilməyəcək vəziyyətdə saxlanması idi. Ancaq indi bu plan çökür. Türkiyə Suriyanı vahid, sabit və təhlükəsiz bir dövlətə çevirməyə çalışır. Bu, İsrail üçün arzuolunmaz ssenaridir, çünki qonşu ölkələrin güclənməsi, İsrailin hərbi hegemonluğunu təhdid edir. Ən vacib məqam isə budur: Ankara bu mübarizəni nə üçün aparır? Türkiyə, sadəcə, Suriya ilə ortaq tarixə malik olduğu üçün deyil, həm də real təhlükəsizlik maraqları üçün bu yola gedir. Bu, nə ideoloji ekspansiyadır, nə də “Osmanlı revanşizmi.” Bu, qətiyyətlə həyata keçirilən milli təhlükəsizlik və regional liderlik siyasətidir. Türkiyə bölgəyə xaos yox, nizam gətirir – və bunu səssiz, amma davamlı şəkildə edir.

İsrail isə səs-küy salır, çünki nizam onun strateji maraqlarına ziddir. İsrail ancaq zəif və parçalanmış Yaxın Şərqdə manevr edə bilər. Güclü və koalisiya əsaslı yeni regional düzən isə Təl-Əvivi sıxışdırır. Bu səbəbdən də İsrail “üç cəbhə – bir ümid” taktikasına əl atır: Qəzzada qətliam, Livanda təxribat, Suriyada isə Türkiyəyə qarşı öncədən zərbə.  Amma bu, artıq 2000-ci illərin strategiyasıdır. O zaman ABŞ hər şeyi dəstəkləyirdi, dünya təkqütblü idi. İndi isə çoxqütblü dünyada Türkiyə nə İran kimi təcrid olunub, nə də Suriya kimi çöküb. Bu artıq yeni reallıqdır. Nəticə olaraq, İsrailin Türkiyənin Suriyada möhkəmlənməsindən qorxması təsadüfi deyil. Bu, hərbi yox, geosiyasi qorxudur – bölgədə nizamın, sabitliyin və suverenliyin bərpası qorxusudur. Təl-Əviv bilir ki, əgər Türkiyə bu layihəni sona çatdırarsa, İsrailin “hərbi diktə modeli” əbədi olaraq çökmüş olacaq.

Türkiyənin Suriyaya qayıdışı artıq siyasi debat mövzusu deyil – bu, faktiki reallıqdır. Bu reallığı qəbul etməyənlər isə regionda yeni düzənin qurucusu deyil, yalnız müşahidəçisi ola bilərlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Aprel 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri