Icma.az
close
up
RU
Türkiyənin turizmdə yeni uğuru

Türkiyənin turizmdə yeni uğuru

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


2025-ci il Türkiyə turizmində uğurlu illərdən biri hesab olunur. Ötən il ölkəyə yenidən rekord sayda turist gəlib və Türkiyə dünyanın ən çox turist qəbul edən ölkələri sırasında yer alıb.
Newscenter.az xəbər verir ki, 2025-ci ildə həmçinin Türkiyənin dörd kəndi Birləşmiş Millətlər Təşkilatının Turizm Təşkilatının (UN Tourism) “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu kəndlər siyahıya ilin son günlərində daxil edilib.
Siyahıya daxil olan kəndlər bunlardır: Muğlanın Ula rayonundakı Akyaka, Mardinin Midyat bölgəsindəki Anıtlı, İzmirin Urla rayonundakı Barbaros və Antalyanın Demre rayonuna bağlı Üçağız (Kale) kəndi.
UN Tourism-in “Ən Yaxşı Turizm Kəndləri” təşəbbüsünün beşinci nəşrində Afrika, Amerika, Asiya, Avropa və Yaxın Şərqdən 29 ölkənin 52 kəndi mükafatlandırılıb. 270-dən çox müraciət arasından seçilən kəndlər mədəni irsin qorunması, təbii sərvətlərin davamlı istifadəsi və turizmin yerli inkişafa verdiyi töhfə kimi meyarlar əsasında qiymətləndirilib. Siyahının açıqlanma mərasimi Çinin Huzhou şəhərində keçirilib.
Türkiyənin müxtəlif bölgələrindən seçilən bu kəndlər ölkənin mədəni müxtəlifliyini və davamlı turizm strategiyasını beynəlxalq səviyyədə nümayiş etdirir. Akyaka, Barbaros, Anıtlı və Üçağız kəndləri təbii gözəllikləri, zəngin mədəni irsi və ekoloji turizm yanaşması ilə seçilərək “Dünyanın ən yaxşı turizm kəndləri” sırasında yer alıblar. Yeni siyahı ilə “Ən Yaxşı Turizm Kəndləri Şəbəkəsi”nə daxil olan yaşayış məntəqələrinin sayı 319-a çatıb. Şəbəkənin əsas məqsədi kənd yerləri arasında təcrübə mübadiləsini təşviq etmək, uğurlu təcrübələri paylaşmaq və davamlı inkişaf sahəsində əməkdaşlığı gücləndirməkdir.
Akyaka (Muğla, Ula)

Muğla vilayətinin Ula rayonunda yerləşən Akyaka kəndi son illər ölkənin ən məşhur turizm məkanlarından birinə çevrilib. Egey dənizi sahilində, Gökova körfəzində yerləşən kənd təbii gözəllikləri, sakit mühiti və ekoturizm yönümlü yanaşması ilə seçilir.
Akyaka özünəməxsus memarlıq üslubu, taxta evləri və ənənəvi Egey mədəniyyətini qoruyub saxlaması ilə tanınır. Azmak çayı, təmiz suları və zəngin flora-faunası bölgənin əsas turist cazibələrindən biridir. Burada qayıq turları, kanoe və digər su idman növləri xüsusilə populyardır.
Kənd həmçinin dayanıqlı turizm modeli ilə diqqət çəkir. Təbiətin qorunması, yerli icmanın turizmdə fəal iştirakı və kütləvi tikintidən uzaq siyasət Akyakanın əsas üstünlükləridir. Bu xüsusiyyətlər Akyakayı UN Tourism-in “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil etməyə səbəb olub.
Anıtlı (Mardin, Midyat)
Anıtlı kəndi (tarixi adı Hah) Mardin vilayətinin Midyat rayonunda yerləşir və yerli, həmçinin xarici turistlərin maraq göstərdiyi məkandır. Minillik tarixi, daş memarlığı və dini abidələri ilə kənd Mezopotamiya mədəni irsinin canlı nümunəsi sayılır.
Kəndin ən məşhur tarixi abidəsi Mor Sobo (Mor Şubhal) kilsəsidir. Təxminən 1600 illik tarixi olan bu kilsə Süryani xristianları üçün vacib dini mərkəz hesab olunur. Tarixi daş evlər və dar küçələr Anıtlıya gələn turistlərə keçmiş dövrlərin ab-havasını hiss etdirir.
Anıtlı həm mədəni irsin qorunduğu, həm də turizm potensialı artan nadir yaşayış məntəqələrindən biridir.
Barbaros (İzmir, Urla)
İzmirin Urla rayonunda yerləşən Barbaros kəndi tarixi keçmişi və mədəni zənginliyi ilə diqqət çəkir. Kənd, ənənəvi Egey memarlığı ilə seçilir və dar küçələri ilə turistləri cəlb edir.
Barbaros xüsusilə “Oyuk (Qorxuluk) Festivalı” ilə tanınır. Hər il keçirilən festival çərçivəsində kənd sakinləri və sənətçilər tərəfindən yaradılan qorxuluk fiqurları sərgilənir və minlərlə turisti cəlb edir. Kənd həmçinin incəsənət və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir, burada müxtəlif sərgilər və sənət emalatxanaları təşkil olunur.
Üçağız (Kale, Antalya, Demre)
Antalyanın Demre rayonunda yerləşən Üçağız kəndi tarixi və təbii gözəllikləri ilə tanınır. Kəndin yerləşdiyi ərazi qədim Likya limanı üzərindədir və burada Likya qaya qəbirları, antik liman qalıqları və tarixi daş binalar turistlərin diqqətini çəkir.
Üçağız həm dəniz, həm də tarix turizmi baxımından cəlbedici məkandır. Kiçik liman vasitəsilə gəmilər ətrafdakı gözəl koylara turlar təşkil edir. Sakin və tarixi ab-havasını qoruyan kənd, fotoqraflar və tarix həvəskarları üçün ideal məkan hesab olunur.
Yerli əhali turizmin kəndin iqtisadiyyatına verdiyi töhfəni vurğulayır və qədim ənənələrin qorunmasına diqqət yetirir. Üçağız (Kale) kəndi Antalya bölgəsinin tarixi və təbii zənginliklərini bir arada təqdim edən nadir turizm məkanlarından biridir.

Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri