Türkmənistan və Yaponiya əməkdaşlığa dair 15 sənəd imzalayıblar
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Yaponiyaya işgüzar səfəri çərçivəsində 15 əməkdaşlıq sənədi imzalayıb.
525.az xəbər verir ki, bu barədə Türkmənistanın rəsmi mediası məlumat yayıb. Sazişlər enerji, kimya sənayesi, su təsərrüfatı, təhsil və maliyyə sahələrini əhatə edir.
Tərəflər Ahal vilayətində ikinci qaz-benzin emalı zavodunun və Balkan vilayətinin Kıyanlı kəndində gücü ildə 1,155 milyon ton olan karbamid istehsalı zavodunun tikintisinə dair çərçivə sazişləri imzalayıblar. Həmçinin, Kıyanlı Polimer Zavodunun əsaslı təmirinə dair razılığa gəliblər. Enerji sektorunda açıq dövrəli elektrik stansiyalarının kombinə edilmiş dövrəyə çevrilməsi üçün əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
Türkmənistan universitetləri Yaponiya şirkətləri ilə təhsil və texnologiya sahəsində memorandumlar imzalayıblar.
Sərdar Berdiməhəmmədov Osakada keçirilən “EXPO2025” sərgisinin açılışında iştirak edib, Tokioda Yaponiya İmperatoru Naruhito ilə görüşüb. Yaponiya biznes nümayəndələri birgə layihələrin potensialını vurğulayaraq, qabaqcıl texnologiyalar təqdim edilməsinə və Türkmənistan məhsullarının idxalının inkişafına kömək göstərməyə hazır olduqlarını bildiriblər.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















