TÜRKPA nın Astanadakı iclasında Türk Dövlətləri arasında əməkdaşlıq genişləndirildi FOTO
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk Əsri: Parlament Diplomatiyasının Rolu” mövzusunda 14-cü plenar iclası keçirilib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da iştirak edib. O, çıxışında ortaq türk mədəniyyətinin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin Fondun əsas missiyası olduğunu vurğulayıb. Aktotı Raimkulova parlamentlərarası əməkdaşlığın türk dünyasında birlik və həmrəyliyi möhkəmləndirdiyini bildirib.
İclasda həmçinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qırğızıstan, Özbəkistan və Qazaxıstan parlament rəhbərləri, eləcə də digər üzv və müşahidəçi dövlətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının dərinləşdirilməsi yolları müzakirə olunub.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 İyun 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















