Icma.az
close
up
RU
TÜRKSOY mədəniyyətimizin inteqrasiyasında əvəzsiz gücə malikdir məqalə

TÜRKSOY mədəniyyətimizin inteqrasiyasında əvəzsiz gücə malikdir məqalə

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

“Türk adı Tanrı tərəfindən verildi, gənclik, qüvvət, qüdrət anlamına gəlir”. M.Kaşğari.“Divani-Lüğat- it-Türk”

“Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır!

Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik, bu, bizim üçün prioritetdir”.

       İlham Əliyev

        Azərbaycan Respublikasının Prezidenti

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər yarandı. Onlardan beşi türk dövləti idi. Bu ölkələrin ortaq tarixi və mədəniyyəti onlar arasında əlaqələrin inkişaf etdirilməsi üçün bir təşkilat ətrafında birləşməyi labüd edirdi. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülmüşdü. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilmiş, nəhayət, 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanmışdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetindən filologiya elmləri doktoru, professor Yeganə İsmayılovanın “TÜRKSOY mədəniyyətimizin inteqrasiyasında əvəzsiz gücə malikdir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəlirdi ki, təşkilatçı ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın və hətta dinləri eyni idi. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dinlərə sitayiş edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında əsas olaraq dil prinsipinə üstünlük verilib. Yəni təşkilat dil birliyi üzərində qurulub. TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tuva və Tatarıstan Respublikaları, Qaqauziya (Moldova) və Şimali Kipr Türk Respublikası) əsasən müşahidəçi qismində iştirak edir. Amma təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.

TÜRKSOY təşkilatının əsas məramı:

– Türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələri inkişaf etdirmək;

– Türk mədəniyyəti nümunələrini araşdırmaq, öyrənmək, qorumaq və dünyaya çatdırmaq;

– Türk xalqlarının mədəniyyətində tarixi, siyasi və coğrafi səbəblərdən və xarici ölkələrin təsiri altında yaranmış fərqləri aradan qaldırmaq;

– Türk mədəniyyətinin müştərək olduğunu sübuta yetirmək;

– Türk mədəniyyətini digər mədəniyyətlərin zərərli təsirindən qurtarmaq və onu öz keçmişinə qaytarmaq;

– Coğrafi məkan cəhətdən geniş ərazidə yaşayan türk dövlətləri və toplumları arasında əlifba və dili saxlamaq;

– Dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətini digər yerlərdə də yaymaq;

– Türk mədəniyyət, incəsənət və arxiv sənədlərinin qorunması üçün mərkəz yaratmaq;

– Türk dünyasının görkəmli tarixi şəxsiyyətlərini, mütəfəkkir, şair və yazıçılarının, habelə dövlət xadimlərini bütün dünyaya tanıtdırmaq və s.

Bu məqsədlərə nail olmaq üçün TÜRKSOY aşağıda qeyd edilən tədbirləri həyata keçirir:

– Mədəniyyət və incəsənət sahəsində türk xalqları arasında əlaqələri inkişaf etdirir və möhkəmləndirir, bu məqsədlə müxtəlif proqram və layihələrin birgə həyata keçirilməsini təmin edir;

– Türk xalqlarının ümumi mənəvi sərvətlərinin, tarixi irsinin, ədəbiyyat və incəsənət nümunələrinin, idmanın ənənəvi növlərinin və xalq oyunlarının aşkara çıxarılmasına, saxlanmasına, öyrənilməsinə, inkişafı və təbliğinə yönəldilmiş tədbirlər həyata keçirir;

– Türk dövlətlərinin mədəniyyət və incəsənətinin ən yaxşı nailiyyətlərini yayan radio və televiziya proqramlarının, sənədli, video və kinofilmlərin yaradılması üçün sifarişləri yerinə yetirir;

– Teatr, musiqi, opera və balet sənəti sahələrində festival və müsabiqələr təşkil edir, digər profilli strukturların keçirdiyi oxşar tədbirlərdə iştirak edir;

– Türkdilli ölkələrin təsviri və plastik incəsənətinin inkişafına yönəldilmiş sərgiləri, rəsm sərgilərini və digər tədbirləri həyata keçirir;

– Dövri və birdəfəlik mətbu məhsulu nəşr edir;

– Ümumtürk tarixinin önəmli hadisələrinin, türkdilli ölkələrin dil, ədəbiyyat, mədəniyyət və incəsənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş yubileyləri, xatirə gecələrini və digər kütləvi tədbirləri təşkil edir;

– TÜRKSOY-un məqsəd və vəzifələri çərçivəsində beynəlxalq elmi konfranslar, simpoziumlar, diskussiyalar və s. keçirir;

– Mədəniyyət, incəsənət, təhsil və başqa sahələrdə müxtəlif beynəlxalq və milli təşkilatlarla ictimai strukturlar və hərəkatlarla qarşılıqlı əlaqələr yaradır; birgə proqramların həyata keçrilməsində onlarla əməkdaşlıq edir.

TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir. Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq mədəniyyətimiz bütün rəngləri ilə dünyada təmsil və təbliğ edilir. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltaraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri TÜRKSOY-un tədbirlərində bir-birilə tanış olub, əlaqələr qurublar. TÜRKSOY-un üç kollektivi qurulub. Gənclik Kamera Orkestri, Gənclik Kamera Xoru və Xalq Çalğı Alətləri Orkestri. Hər kollektivdə üzv ölkələrin incəsənət nümayəndələri təmsil olunurlar. Bu kollektivlər həm təşkilata üzv ölkələrdə, həm də Avropa və Amerikanın mötəbər salonlarında, festivallarında Türk dünyasının zəngin musiqisini nümayiş etdirirlər. 2010-cu ildən başlayaraq hər ili Türk dünyasını bir dahi şəxsiyyətinin adına elan edib, onunla bağlı silsilə tədbirlər keçirilir: 2012-ci il “Mirzə Fətəli Axundzadə ili” və 2017-ci il “Molla Pənah Vaqif ili” elan olunub. 2012-ci ildən etibarən Türk dünyasının önəmli tarixi və mədəni şəhərləri Türk dünyasının mədəniyyət paytaxtı elan edilir. Bu tədbirlər vasitəsilə dahi şəxslərimiz və mədəniyyət paytaxtlarımız həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanınmağa başlayır. 2016-cı ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Şəki şəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Bu, eyni zamanda, Azərbaycanda “Multikulturalizm İli”nə gözəl töhfə idi.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr Sərəncamı ilə görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunub. TÜRKSOY-un qərarı ilə 2018-ci il “Qara Qarayev ili” elan edilib. Həmin il fevralın 14-də Ankarada TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirilib.

TÜRKSOY türk mədəniyyətini, ədəbiyyatını, incəsənətini tanıtmaq məqsədilə böyük işlər görür, 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atır. TÜRKSOY-un məqsədi türk dövlətlərində mövcud olan zəngin ədəbi və fikri mirası hər yaşda olan oxucu ilə tanış edərək ortaq mədəni gələcək yaratmaqdır. Türk dövlətlərində yetişmiş çağdaş yazar və şairlər əsərlərində müxtəlif mövzularla müştərək mədəniyyətimizin inkişafına böyük töhfələr verirlər. Çağdaş dünyamızda mədəniyyət böyük əhəmiyyət kəsb edir. Dahi Hüseyn Cavidin sözləri ilə desək:

“Turana qılıncdan daha kəskin ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”.

Qədim türklərin türklük təəssübü, türkçülük ideyası beş ortaq abidəmizdə: Orxon yazılarında, “Kitabi-Dədə Qorqud”da, “Divanü lüğat-it-türk”də, Yusif Balasaqunlunun “Qutadqu-bilik” poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz əksini tapıb. Bir hədisdə deyilir: “Uca Tanrı, mənim bir ordum var, ona türk adı vermişəm, onu Şərqdə yerləşdirmişəm. Bir millətə acığım tutanda türkləri onun üzərinə müsəllət edirəm”. Biz belə düşünürük ki, bu hədis İslamdan öncə türklərin Atillanın Roma imperiyasına yürüşləri ilə əlaqədar yaranmışdır.

TÜRKSOY qədim türklərin dünya mədəniyyətinə verdiyi böyük işləri Türk dünyasına tanıdır. Bu mənada “Ortaq türk tarixi” kitabı çox böyük layihələrdən biridir. Türk xalqlarının Dədə Qorqudun nəsihətlərinə, Mövlanənin fəlsəfəsinə, Yunus Əmrənin düşüncələrinə ehtiyacı var.

TÜRKSOY türk xalqlarının qardaşlığını, dil birliyinin, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq üçün önəmli missiya daşıyır. Bu təşkilat türkdilli xalqlar arasında güclü bağlar qurur. Böyük şəxsiyyət İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” fikri bu gün Türk dünyasının UNESKO-su TÜRKSOY tərəfindən həyata keçirilir.

Ədəbiyyat, sənət, mədəniyyət sahələrində bir çox fəaliyyətlərə imza atan, tarixdə iz buraxan böyük şəxsiyyətlərin dəyərli əsərlərinin tanınmasında, mədəniyyətimizin zənginləşməsində, yalnız türk coğrafiyasında deyil, bütün dünyada tanıdılmasında, dostluq və qardaşlıq bağlarının qurulmasında TÜRKSOY-un əvəzsiz xidmətləri var.

“Şərq bazarı musiqi festivalı”nda Yakutiyadan tutmuş Avropaya qədər bütün türk xalqlarının iştirakı, TÜKKSOY üzvü olan dövlətlərin 6 opera teatrını bir araya gətirmək və dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasını türk mədəniyyətinin əvəzsiz əsəri kimi dünyaya tanıtmaq TÜRKSOY-un bu günədək həyata keçirilən ən böyük layihəsidir. Bu layihədə üzv ölkələrin 6 opera teatrının 250 sənətçisi iştirak edib və 4 ölkənin 5 şəhərində (Bişkek, Almatı, Ankara, Bakı və İstanbul) tamaşalar böyük uğurla göstərilib. 2013-cü ildə Üzeyir bəyin məşhur “Arşın mal alan” operasının 100 illiyi ilə əlaqədar TÜRKSOY və Azərbaycan tərəfinin əməkdaşlığı çərçivəsində operettanın konsert versiyası UNESCO səhnəsində göstərilib. Bu layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə opera sənətçiləri yer alıblar.

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Azərbaycan həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr verən ölkədir: “İslam Həmrəyliyi İli”, Bakı Beynəlxalq Kitab Sərgisi TÜRKSOY-un iştirakı və dəstəyi ilə yüksək səviyyədə keçirilib. “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitabı nəşr olunub. Fikrimcə, bu kitab Vaqifin xatirəsinə ən yaxşı hədiyyədir.

TÜRKSOY hər il Türkiyədə Novruz şənlikləri keçirir. Bu proqramlara Türk dünyasından rəqs qrupları, musiqiçilər, aşıqlar və folklorçu alimlər dəvət edilir. Novruz bayramı UNESCO-nun Qeyri-Maddi İrs üzrə Reprezentativ siyahısına daxil edildikdən sonra Parisdə UNESCO-nun mənzil-qərargahında və Strasburqda konsertlər verilib, 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 Mart - Beynəlxalq Novruz Günü elan olunduqdan sonra Nyu-Yorkda BMT mərkəzində və Vaşinqtonda Novruz konsertləri keçirilib.

“Dədə Qorqud”un 1300 illik, “Manas”ın 1000 illik, Əmir Teymurun 660 illik, Məhəmməd Füzulinin 500 illik, Qazax şairi və filosofu Abayın 150 illik yubiley tədbirləri TÜRKSOY çərçivəsində keçirilən tədbirlərdəndir. 2018-ci ildə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar TÜRKSOY-un “Şərəf” medalı ilə təltif olunub.

2017-ci ilin dekabrında Azərbaycan Dövlət Pedaqoji Universitetində TÜRKSOY-un kafedrası açılıb. Tədbirdə ADPU ilə TÜRKSOY, eləcə də bu quruma üzv ölkələr arasında elmi–mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar, təhsil sahəsində ortaq layihələr hazırlamaq və qarşılıqlı əməkdaşlıq aparmaq haqda protokol da imzalanıb. Mərasimdə bir sıra alimlərə Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təsis edilmiş medallar təqdim olunub.

Bu gün TÜRKSOY-un baş katibi Sultan Rayev Azərbaycanın ən yaxın dostlarındandır. Ötən il Bakıda onun “Daşqın” kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yeganə İsmayılovanın 2024-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Türk xalqları üzərinə bilgi kitabı”nın (3 dildə - türk, rus, ingilis dillərində) Bakıda təqdimatı keçirilib.

Professor Yeganə İsmayılova “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları ilə bağlı araşdırmalar aparıb, 12 kitabın və 300-dən artıq elmi məqalənin müəllifidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see147

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see139

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see134

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see131

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see128

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see120

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see120

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see119

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

04 Oktyabr 2025 11:17see117

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see117

Aİ Qəzzada dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb

04 Oktyabr 2025 14:33see117

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see116

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri