Turnirin sərhədləri genişləndi: Çempionlar Liqası indi ən şimalda, ən şərqdə və ən cənubda
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çempionlar Liqasının coğrafiyası daha da genişlənib.
Fanat.Az xəbər verir ki, turnirdə ilk dəfə iştirak edən bəzi klublar yarışın ən şimal, ən şərq və ən cənub nöqtələrinə damğa vurub.
Şimal: Norveç təmsilçisi "Bodo Qlimt" Şimal qütb dairəsində Çempionlar Liqasında oynayan ilk komanda kimi tarixə düşüb. Bununla da klub turnirin indiyədək iştirak edən ən şimaldakı komandası olub.
Şərq: Qazaxıstan təmsilçisi "Kayrat Almatı" isə coğrafi baxımdan Çinə çox yaxın mövqeyi ilə seçilir. Bu səbəbdən Almatı təmsilçisi Çempionlar Liqası tarixinin ən şərqdə yerləşən klubu adını qazanıb.
Cənub: Cənubi Kipr təmsilçisi "Pafos" “Makkabi Hayfa”dan sonra turnir tarixində ən cənubdakı klub olub.
Beləliklə, Çempionlar Liqası artıq həm eninə, həm də boyuna daha geniş coğrafiyanı əhatə edəcək.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Avqust 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















