Tusk: Polşanın Ukraynaya hərbi yardım üçün bir neçə variantı qalıb
Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşanın baş naziri Donald Tusk Lvovda Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra deyib ki, Polşa Ukraynaya eyni həcmdə hərbi yardım göstərə bilməz.
“Bizim indi [Ukraynaya] kömək etmək üçün sonradan bizə qoşulanlardan daha az imkanlarımız var. Biz yeni yardım paketləri ayırmaq qərarına gələndə hər zaman xatırlamağa məcbur oluruq ki, biz Belarusla çox uzun sərhədi və Rusiya ilə kifayət qədər uzun sərhədi qorumalıyıq”, -deyə Tusk bildirib.
Tusk yanvarda Varşavanın Kiyevə 46-cı hərbi yardım paketini ayıracağını da bildirib və 100 milyon avroya 45-ci tranşın transferinin başa çatdığını açıqlayıb.
Mövsüm
Aznews.az

Tusk: Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb
17 Dekabr 2024 21:37
Polşanın Ukraynaya kömək etmək üçün çox imkanı qalmayıb Donald Tusk AzPolitika onlayn siyasiictimai qəzet
18 Dekabr 2024 00:04
Polşanın artıq Ukraynaya vermək üçün silahı yoxdur Nazir
07 Noyabr 2024 16:45
Polşanın Ukraynaya hərbi yardımı tükənmək üzrədir
19 Dekabr 2024 10:13
Tusk Polşanın Ukraynanın Aİyə üzvlüyünü sürətləndirmək üçün gördüyü işləri açıqlayıb
15 Yanvar 2025 18:38

