Icma.az
close
up
RU
Tüstüsüz gələcək naminə 14 milyard ABŞ dolları: dünyanı dəyişən PMI strategiyası

Tüstüsüz gələcək naminə 14 milyard ABŞ dolları: dünyanı dəyişən PMI strategiyası

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Siqaret çəkməkdən söhbət düşəndə, insanların böyük əksəriyyətinin ağlına ilk növbədə nikotin gəlir. Hərçənd məsələ təkcə nikotində deyil, eyni zamanda onun istifadə prosesindədir. Əsas problemlərdən biri məhz alışmadır. Tütün alışan zaman 6 mindən çox kimyəvi maddə formalaşır ki, onlardan az qala yüzü ÜST məlumatlarına əsasən potensial təhlükəli və ya kanserogen hesab olunurlar.

Bu problemin elmi nöqteyi nəzərdən qavranılması - elmi yanaşma bu problemin yeni bir konsepsiyasının - nikotindən istifadənin zərərlərini azaltmaq uğrunda mübarizə konsepsiyasının formalaşmasına səbəb olmuşdur: əgər alışdırma prosesi aradan qaldırılsa, zərər əhəmiyyətli dərəcədə azalacaq. 

Tüstüsüz gələcək: PMI istiqaməti 

Bu keçidin əsas liderlərindən biri "Philip Morris International" (PMI) şirkətidir. Adıçəkilən şirkət tüstüsüz məhsulların və yüksək texnologiyaların inkişafına xüsusi diqqət ayırır. 2008-ci ildən bəri şirkət alternativ nikotin məhsullar bazarının tədricən inkişaf etdiriməsi strategiyasını həyata keçirməkdədir - belə ki, alternativlərin - IQOS, nikotin kisəcikləri (snus) və elektron siqaretlərin (veyp) hazırlanması, kommersiyalaşdırılması və onlarla bağlı elmi tədqiqatlara 14 milyard dollardan çox sərmayə qoyulub. 

Görülən işlərin miqyası adamı heyrətə gətirir: hazırlanma prosesində "R&D" Sinqapur və İsveçrədəki 2 mərkəzi iştirak edir - bu isə ümumilikdə 1400-dən çox alim, mühəndis və digər mütəxəsislərdən ibarət heyətə bərabərdir. 

Bu səylər şirkətin ilk tüstüsüz məhsulunun yaradılmasına gətirib çıxardı - 2014-cü ildə ilk IQOS təqdim olundu. 11 il sonra, 2025-ci ilin birinci rübündə PMI-nin alternativ məhsulları artıq şirkətin ümumi gəlirinin 42%-ni təşkil edir. PMI 2030-cu ilə qədər bu payı üçdə iki səviyyəsinə çatdırmağı planlaşdırır.

PMI-nin əsas ideyası belədir: əgər siqaret çəkmirsinizsə - heç başlamayın da, yox əgər çəkirsinizsə - bu zərərli vərdişdən imtina edin. Əgər imtina etmirsinizsə - məhsulu dəyişin. Şirkət nümayəndələri deyirlər: "Biz istəyirik ki, siqaret çəkən insanlar nikotindən imtina etmək istəmədikləri halda, daha yaxşı alternativlərə keçə bilsinlər."
Bu yanaşma öz nəticəsini verir: PMI-nin məlumatına görə, artıq dünyanın müxtəlif ölkələrində 38 milyondan çox yetkin siqaret çəkən şəxs tüstüsüz alternativlərə keçib.

Krespellano: dünyada ilk tüstüsüz zavod

Bolonya şəhəri yaxınlığındakı kiçik Krespellano qəsəbəsində dünya tütün sənayesi üçün unikal müəssisə yerləşir. Bu, sırf tüstüsüz məhsulların istehsalı üçün tikilmiş tarixdə ilk zavoddur. Zavod 2016-cı ildə PMI-nin genişmiqyaslı keçid  proqramı çərçivəsində açılmış və o vaxtdan bəri şirkətin sənaye inkişafının rəmzinə çevrilmişdir.

Zavod fəaliyyətə başladığı gündən etibarən şirkət bu obyektə 1,2 milyard avro sərmayə yatırıb. Əsas diqqət IQOS üçün tütün çubuqlarının istehsalına, həmçinin qablaşdırma və logistika sahələrinə yönəlib. Bu gün Krespellano fabriki məhsullarını onlarla ölkəyə ixrac edir və PMI-nin qlobal tədarük zəncirində açar rol oynayır.

Şirkətin məlumatına görə, 2023-cü ildə müəssisədən ixrac həcmi 1,9 milyard avronu ötüb və bu göstərici onun  İtaliyada qeyd olunan sahə üzrə ən iri ixracatçıların sıralarına daxil olmasına imkan verib. Məhsullar Avropa, Asiya, Latın Amerikası və dünyanın digər bölgələrinə göndərilir.

Lakin Krespellano sadəcə istehsalat sahəsi deyil. Burada İstehsalat Bacarıqları İnstitutu (IMC) yerləşir - bu, əməkdaşların avtomatlaşdırma, rəqəmsal monitorinq və dayanıqlı istehsal üzrə müasir standartlara uyğun təlim keçdiyi tədris mərkəzidir.

Müəssisədə ekoloji standartlara ciddi şəkildə riayət olunur. Tullantıların təxminən 80%-i ya təkrar emal edilir, ya da yenidən istifadə olunur. Su təchizatı qapalı dövriyyə sistemi ilə təşkil olunub, karbon qazı emissiyalarının azaldılması proqramı icra edilir və enerjiyə olan tələbatın bir hissəsi bərpa olunan mənbələr hesabına ödənilir.
PMI aqrar sektora da xüsusi diqqət yetirir. Şirkət İtaliyada tütünün ən böyük özəl alıcısı olaraq qalır və Emiliya-Romanya regionunun yerli fermerləri ilə sıx əməkdaşlıq edir, dayanıqlı əkinçilik təcrübələrini və ədalətli əmək şərtlərinə dəstək göstərir. 

Pərakəndə satış: unikal yanaşma

Pərakəndə satış sahəsində PMI İtaliya bazarında möhkəm mövqe tutur - oflayn infrastruktur ölkənin bütün 20 regionunu, 107 vilayətini və 7 700-dən çox bələdiyyəsini əhatə edir.

İtaliyada PMI klassik tütün şirkəti kimi fəaliyyət göstərmir. O, infrastruktur qurur, mütəxəssisləri hazırlayır, emala sərmayə yatırır, yerli fermerlərlə işləyir və strategiyasını regionların mədəni xüsusiyyətlərinə uyğunlaşdırır. Bu, sadəcə yeni məhsul deyil - biznesə yeni münasibət modelidir.

Uğur hekayəsi ixrac ideyası kimi

Bu yanaşma tütün sənayesinin həm iqtisadi resurs, həm də səhiyyə problemi olduğu digər ölkələr üçün də maraqlı ola bilər. Azərbaycan da daxil olmaqla bir çox ölkə bu çağırışlarla üz-üzədir: əhalinin sağlamlığına ziyanı necə azaltmalı, müasir standartlardan imtina etmədən yerli istehsalı necə stimullaşdırmalı? İtaliya nümunəsi burada nəzəri deyil, konkret cavablar təqdim edir.

Bir şeyi başa düşmək vacibdir: tüstüsüz texnologiyalar heç də bütün problemləri həll etmir. Lakin bu texnologiyalar biznes, dövlət və cəmiyyət arasında zərərli vərdişlərdən daha məsuliyyətli qərarlara keçid barədə dialoqu başlatmaq üçün imkan yaradır. Bu qərarlar uzunmüddətli fayda verə və dayanıqlı iqtisadi inkişafa əlavə təkan ola bilər. Məhz bu mənada İtaliya təcrübəsi müxtəlif ölkələr, o cümlədən Azərbaycan üçün də öz strategiyalarını formalaşdırmaqda başlanğıc nöqtəsi ola bilər.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri