Icma.az
close
up
RU
“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi istifadəyə hazırdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 1 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yeni yaradılan “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayır.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət itiqamətləri barədə məlumat verərək bildirib ki, “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə olunmuş bir mühit təmin etmək məqsədilə yaradılıb.

Mərkəzdə uşaqların ilkin psixososial vəziyyətinin qiymətləndirilməsi, təcili müdaxilə, müvəqqəti yerləşdirmə, tibbi yardım və sosial reabilitasiya xidmətləri həyata keçiriləcək. Eyni zamanda, onların cəmiyyətə inteqrasiyası və gələcək həyatlarının təminatı üçün fərdi inkişaf planları hazırlanacaq.

Həmçinin qeyd edilib ki, uşaqların təhlükəsizliyi və rahatlığı üçün müasir standartlara uyğun, geniş və işıglı otaqlar, istirahət və müxtəlif məşğələ guşələri yaradılıb. Geniş həyətyanı sahədə müxtəlif oyun meydançaları və yaşıllıq zonaları salınıb.

Bütün görülmüş işlərlə yaxından tanış olan, eyni zamanda, öz tövsiyə və məsləhətlərini də verən Leyla Əliyeva Mərkəzin ailə əsaslı alternativ qayğı prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün tələb olunan yüksəkixtisaslı və peşəkar gənc kadrlardan formalaşmış əmək kollektivi ilə də görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see187

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see176

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see138

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see122

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri