Tuxelə qarşı etiraz böyüyür Azarkeşlər meydanı tərk etdi, istefa tələb edildi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel ilk ciddi təzyiqlərlə üzləşib. Nottingem şəhərində keçirilən yoldaşlıq oyununda İngiltərə yığmasının Seneqala 1:3 hesabı ilə məğlub olması azarkeşlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Qarşılaşmanın üçüncü qolundan sonra tribunalarda narazılıq artıb. Azarkeşlər fit səsləri ilə etirazlarını bildirərək stadionu tərk etməyə başlayıblar, "Biabırçılıq!" deyə qışqırıblar və Tuxelin istefasını tələb ediblər.
Qeyd edək ki, bu nəticə İngiltərə yığmasının Afrika komandaları qarşısında tarixdə ilk məğlubiyyəti kimi qeydə alınıb.
Tomas Tuxel üçün bu, baş məşqçi kimi dördüncü oyun olub. O, indiyədək dünya çempionatının seçmə mərhələsində üç qələbə (ümumi hesab 6:0) qazansa da, ilk yoldaşlıq görüşündəcə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















