“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Tvente” Niderland mətbuatında sərt tənqid olunub.
QOL.az xəbər verir ki, buna komandanın 3-cü təsnifat mərhələsində Slovakiyanın DAK-1904 klubu ilə cavab oyunundakı (3:3) çıxışı səbəb olub.
“Utancverici nəticə ilə pley-offa yüksəldilər”
Bu başlıqla məqalə yayan “De Telegraaf” nəşri yazır ki, Enshededə ilk matçda 6:0 hesabı ilə qalib gələn “Tvente”nin baş məşqçisi Con van den Brom cavab görüşünə eksperimental heyət buraxıb. Niderland təmsilçisi Maks Bruns və Marko Pyatsanın qolları ilə 2:0 önə keçsə də, ikinci hissədə oyunun səviyyəsi kəskin şəkildə aşağı düşüb.
DAK ardıcıl 3 qol vuraraq hesabda önə keçib (qollardan birini bu yay “Qəbələ”dən transfer edilən Prins Ovusu vurub). “Tvente” yalnız uzatma dəqiqələrində rəqib qapıçının səhvindən sonra Pyatsanın qolu ilə məğlubiyyətdən xilas olub – 3:3.
Nəşr komandanın çıxışını “biabırçı” adlandıraraq yazıb: “Tvente”nin oyunu heç nəyə bənzəmirdi”. Baş məşqçi Van den Bromun qarşılaşmaya sanki məşq oyunu kimi yanaşdığı və bunun nəticəsində Niderland üçün UEFA əmsalında vacib xalların itirildiyi vurğulanıb.
“Qarabağ” DAK-dan daha yüksək səviyyəli rəqibdir”
Məqalədə “Qarabağ”ın DAK-dan xeyli güclü rəqib olduğu da xüsusi qeyd edilib:
“Qarabağ” bacarığı məhdud olan DAK-dan daha yüksək səviyyəli rəqibdir”.
Xatırladaq ki, “Tvente” ilə “Qarabağ”arasında ilk oyun avqustun 20-də, Enshededəki “De Qrolsch Veste” stadionunda keçiriləcək. Cavab matçı isə avqustun 27-də Bakıda olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Avqust 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















