U 17 yığmamızı son turda hansı nəticə qane edir?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkəmizin U-17 yığmasının dünən Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində Litva ilə heç-heçə etdiyini (0:0) xəbər vermişdik.
Xatırladaq ki, oyunlar Bolqarıstanın Plovdiv şəhərində keçirilir. Qrupun digər oyununda meydan sahibləri Maltaya qalib gəlib – 1:0. Hazırda turnir cədvəlində belə durum yaranıb:
1. Litva 2 1 1 0 3-1 4
2. Bolqarıstan 2 1 1 0 2-1 4
3. Azərbaycan 2 0 2 0 1-1 2
4. Malta 2 0 0 2 1-4 0
Qrupda son turun oyunları martın 30-da keçiriləcək. Həmin gün Malta ilə qarşılaşacaq Azərbaycan mümkün qədər böyük hesabla qələbə qazanmaqla yanaşı, Litva – Bolqarıstan oyununun heç-heçə bitməsini də arzulayacaq ki, qrup qalibi olsun.
Baxış sayı:139
Bu xəbər 28 Mart 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















