U 21 də iki yeni ad “Herta”nın futbolçuları komandaya xeyir verə bilərmi?
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkəmizin 21 yaşadək futbolçulardan ibarət yığması yanvarın 11-də builki ilk toplanışa başlayıb. Rəşad Eyyubovun açıqladığı heyətdə iki ad diqqətimizi çəkdi. Bunlar Raul Süleymanovla Elyas Bağçidi. 15 və 17 yaşlı futbolçular Almaniya “Herta”sının şərəfini qoruyur. Bu futbolçularla daha yaxından tanış olaq.
Raulun cəmi 15 yaşı var. 2010-cu ildə dünyaya gəlib, Almaniyada böyüyüb, boya-başa çatıb. Hazırda “Herta”nın gənclər komandasında çıxış edir. Mövsüm ərzində göstərdiyi statistika ilə bağlı konkret məlumat yoxdu. Hücumameyilli yarımmüdafiəçi 178 sm boya malikdi, solaxaydı.
Elyas isə Türkiyə əsillidi. “Milliləşdirilmiş” futbolçu deyə bilərik. Hətta Türkiyənin U-17 yığmasına da cağrılıb, 6 oyuna çıxıb, məhsuldar hərəkətlə yadda qalmayıb. Mövqeyi sağ cinah müdafiəçisidi, dayaq yarımmüdafiəçi kimi də çıxış etməyi bacarır. Elyas “Herta”nın U-19 komandasında çıxış edir. 14 oyuna çıxan 17 yaşlı futbolçu 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu oyunların yanlız birində meydana sonradan çıxıb. Kubokda isə 2 oyunda 1 qol vurub.
İstedadlı futbolçulara oxşayırlar. Raul tam azərbaycanlıdı. Amma Elyas türkiyəlidi. Başqa vaxt “milliləşdirmə” siyasətinə son qoyduğumuz deyilir, ancaq U-21-də yenə də eyni dəst-xəttə sadiqik. Bəs, görəsən, adı çəkilənlər Azərbaycanda yetişən futbolçulardan daha istedadlıdı? Bunu da zaman göstərəcək...
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 19 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















