U 21 yığmamızın baş məşqçisi: Hər zaman pozitiv qalıram
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Bəhreyn və Qırğızıstana qarşı keçirdiyimiz iki yoxlama oyunu bizim üçün faydalı oldu. Yeni ideyaları və yeni oyunçu kombinasiyalarını sınadıq".
Sportal.az xəbər verir ki, bu sözləri U-21 yığma komandamızın baş məşqçisi Rəşad Eyyubov deyib.
O, Türkiyədə keçirilən təlim-məşq toplanışını dəyərləndirib: "Yeddi yeni futbolçu öz şansını aldı və inanıram ki, gələcəkdə komandamızdakı rəqabəti daha da artıracaqlar. Sentyabr ayında bizi üç həlledici oyun gözləyir. Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi. İndi əsas məqsədimiz bu məlumatları düzgün analiz edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır. Mən hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram".
Xatırladaq ki, yığma komandamız Türkiyə toplanışında Bəhreyni məğlub edib (3:0), Qırğızıstana uduzub (1:3).
U-21 komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya (25 sentyabr), Şotlandiya (30 sentyabr) və Cəbəllütariqlə (6 oktyabr) üz-üzə gələcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 10 İyun 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















