Icma.az
close
up
RU
Üç Ayfon modeli satışdan erkən çıxarıldı

Üç Ayfon modeli satışdan erkən çıxarıldı

Icma.az, Axar.az saytına istinadən bildirir.

Əpl Avropa Birliyinin yeni qanunvericiliyinə uyğun olaraq Ayfon14, Ayfon 14 Plus və Ayfon SE (2022) modellərinin Avropadakı rəsmi mağazalardakı satışını dayandırıb. Əslində, bu modellərin satışda qalması 17-ci seriyanın buraxılışına qədər planlaşdırılmışdı.

Axar.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

Qeyd olunan Ayfon modellərində "Lightning" portunun mövcudluğu əsas səbəbdir. 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqında yeni qaydalar qüvvəyə minəcək. Bu qaydalara əsasən, istehsalçılar yalnız USB-C portuna malik olan smartfonları satışa çıxara bilərlər.

Əpl artıq USB-C portuna malik iki yeni Ayfon seriyası təqdim edib və aksesuarlarını da yeniləyib. Lakin köhnə modellər hələ satışda idi. Şirkət bu modelləri yeni port ilə təkrar istehsal etməyi planlaşdırmır və sadəcə onların satışını dayandırmağı qərara alıb.

Ayfon modelləri ilə yanaşı, USB-C portuna malik olmayan bəzi "Magic-aksesuarlar" da Avropa bazarından çıxarılıb. Bununla belə, Avropa İttifaqından kənar bazarlarda, məsələn, ABŞ-da Ayfon 14 və SE (2022) modellərinin satışı davam edir. Ekspertlər qeyd edir ki, bu cihazların sayı azaldıqca qiymətləri də yüksələ bilər.

2025-ci ilin yazında USB-C portuna malik yeni Ayfon SE modeli təqdim ediləcək. Bu cihazın Ayfon 14-ün dizaynını mənimsəyəcəyi, lakin "iPhone 16" prosessoru ilə təchiz ediləcəyi gözlənilir.

Payızda isə Afyon 17 seriyası təqdim olunacaq. Şayiələrə görə, bu model xətti son illərin ən maraqlı yeniliklərindən biri olacaq. Xüsusilə, Ayfon 17 Air modeli diqqət mərkəzindədir. Bu modelin ultra nazik dizayna malik olacağı və fiziki SIM kart yuvasının olmayacağı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://axar.az
archiveBu xəbər 31 Dekabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri