Icma.az
close
up
RU
ÜÇ BÖYÜK DÖVLƏT FƏLƏSTİNİ RƏSMƏN TANIDI Daha 7 ölkə bu qərarı verməyə hazırlaşır

ÜÇ BÖYÜK DÖVLƏT FƏLƏSTİNİ RƏSMƏN TANIDI Daha 7 ölkə bu qərarı verməyə hazırlaşır

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT Baş Assambleyası ərəfəsində Avstraliya, Böyük Britaniya və Kanada Fələstin Dövlətini tanıdığını rəsmən bəyan edib

Hurriyyet.az xəbər verir ki, bu barədə hər üç ölkənin baş nazirləri məlumat verib.

“1947-ci ildən bəri hər bir Kanada hökumətinin siyasəti Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün iki dövlətli həll yolunu dəstəkləməkdən ibarətdir. Bu, suveren, demokratik yaşaya bilən Fələstin Dövlətinin yaradılmasını şərtləndirirdi”, - Kanada Baş naziri Mark Karni bildirib.

Britaniyanın Baş naziri Keir Starmer də tarixi bəyanatla çıxış edib: “Bu gün fələstinlilər və israillilər üçün sülh və iki dövlətli həll ümidəlrini canlandırmaq üçün Böyük Britaniya Fələstin Dövlətini rəsmən tanıyır. Biz sülh və iki dövlətli həll imkanını yaşatmaq üçün çalışırıq". 

O bildirib ki, israillilər və fələstinlilər zorakılıq və əzab olmadan sülh içində yaşamaq istəyirlər: "İki dövlətli həllə ümid azalır, lakin biz bu işığın sönməsinə icazə verə bilmərik. Bu gün biz Fələstin dövlətini tanıyan 150-dən çox ölkəyə qoşuluruq".

Avstraliyanın Baş naziri Antoni Albanese xarici işlər naziri Penny Vong ilə birgə bəyanatında “Avstraliya müstəqil və suveren Fələstin Dövlətini tanıyır” açıqlayıb.

"Avstraliyanın bu gün Kanada və Böyük Britaniya ilə birlikdə Fələstini tanıması iki dövlətli həll üçün beynəlxalq səylərin bir hissəsidir" - deyə Avstraliyanın Baş naziri Entoni Albanese bildirib.

Qeyd edək ki, Fələstin Dövləti 1988-ci il noyabrın 15-də müstəqilliyini elan edib. Həmin vaxtdan Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən 147-si Fələstin Dövlətini rəsmən tanıyıb.

Avstraliya, Böyük Britaniya və Kanadanın Fələstin Dövlətini tanıması son olmayacaq. ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının 80-ci iclası ərəfəsində daha 7 ölkənin Fələstini tanıdığını elan etməyə hazırlaşdığı bildirilir. Belə ki, Fransa, Belçika, Lüksemburq, Malta, Portuqaliya, Andorra və San-Marinonun da Fələstin dövlətini tanıdıqlarını elan edəcəkləri gözlənilir.

Bu 10 ölkənin BMT Baş Assambleyasında verəcəyi açıqlamalarla Fələstin Dövlətini tanıyan ölkələrin sayının 157-yə yüksələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri