Icma.az
close
up
RU
“Üç il ərzində cəmi bir dəfə uduzdu və həmin məğlubiyyəti çox ağır keçirdi” Yeniyetmə kikboksçunun atasının ə MÜSAHİBƏSİ FOTO

“Üç il ərzində cəmi bir dəfə uduzdu və həmin məğlubiyyəti çox ağır keçirdi” Yeniyetmə kikboksçunun atasının ə MÜSAHİBƏSİ FOTO

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəmi üç illik idman karyerası ərzində 10 yaşlı Şəms Hüseynli ikiqat respublika çempionu, çoxsaylı kikboksinq yarışlarının qalibi və budo üzrə(müasir Yapon döyüş sənəti – red.) beynəlxalq turnirin ikiqat qızıl medalçısı olub.

Şəms elə bir ailədə dünyaya gəlib ki, idman burada həmişə önəmli yer tutub. Onun iki böyük qardaşı var və uşaqlıqdan fiziki aktivlik onların həyatının təbii bir hissəsi olub. Valideynlər də övladlarının idmana marağını daim dəstəkləyiblər. Şəmsin atası Xəyal Hüseynov da gənclik illərində idmanla məşğul olub. Buna görə də qızının idman yoluna qədəm qoyması müəyyən mənada əvvəlcədən bəlli idi.

Şəms idmanda ilk addımlarını tamblinqdə - idman gimnastikasının bir növündə atıb. O, altı yaşında qardaşları ilə birlikdə bu sahədə məşqlərə başlayıb. Daha sonra böyük qardaşı hərbi xidmətə yollanıb, ortancıl qardaşını isə Xəyal Hüseynov özünü müdafiə etməyi öyrənsin deyə kikboksinq dərnəyinə yazdırıb.

“Qızım da kikboksinqi sınamaq istədi, amma mən əvvəlcə razı olmadım. Axı bu, qız uşağı üçün çətin idman növüdür. Lakin məşqçi Rəhim Xəlilov israr etdi, onun potensialı olduğunu söylədi. Və haqlı çıxdı”, - Xəyal Hüseynov İdman.Biz-ə müsahibəsində deyib.

Atasının sözlərinə görə, Şəmsin idmana sevgisi onun qardaşları arasında böyüməsinin nəticəsidir. Bu, onda həm dözümlü xarakter, həm də döyüş növlərinə maraq formalaşdırıb. Daha da maraqlısı odur ki, atasının etirafına görə, qardaşının yolu ilə gedən Şəms çox keçmədən ondan da yüksək nəticələr göstərməyə başlayıb. Amma qardaşı buna qısqanclıqla yanaşmır, əksinə, bacısı ilə fəxr edir və onu hər zaman dəstəkləyir.

Bu gün Xəyal Hüseynov əminliklə bildirir ki, Şəms öz çəki (28 kq) və yaş kateqoriyasında ən yaxşı kikboksçulardan biridir. Üç il ərzində o, cəmi bir dəfə məğlub olub.

“O zaman Şəms bu məğlubiyyəti çox ağır keçirdi, özünə qarşı çox tələbkar idi. Biz ona izah etdik ki, uğurlu idmançının yolu uğursuzluqlardan kənar ola bilməz. Məhz bu məğlubiyyətlər insanın xarakterini möhkəmləndirir”, - deyə ata danışır.

Qızının uğurları və qalibiyyət əzmi sayəsində Xəyal Hüseynov zamanla qadın kikboksinqinə münasibətini dəyişib:

“Əgər Şəmsdə bu qədər bacarıq olmasaydı, bu idman növünə sadəcə bir hobbisi kimi baxardım. Amma mən onda həqiqi istedad görürəm və indi anlayıram ki, qızlar da kikboksinqdə oğlanlardan geri qalmaya bilərlər. Bu gün Şəms idman çevrələrində öz texnikası və fərqli döyüş üslubu ilə tanınır. Çox şadam ki, vaxtında onun seçim qarşısında dayanmasına mane olmadım”.

Xəyal Hüseynovun sözlərinə görə, Şəms 2023-cü ildə 2024-cü ildə Macarıstanda keçiriləcək WAKO Gənclərarası Kikboksinq üzrə Dünya Çempionatında iştirak etmək üçün lisenziya qazanıb. Lakin o, qızını bu yarışa buraxmayıb:

“Dedim ki, bir az səbir elə, hələ qarşıda çoxlu qələbələr olacaq. Növbəti dünya çempionatında o, mütləq iştirak edəcək”.

İdmandan əlavə, valideynlər Şəmsin hərtərəfli inkişafına da çalışırlar. O, musiqi məktəbində təhsil alır və burada da yaxşı nəticələr göstərir. Atasının fikrincə, idman uğurları nə qədər böyük olsa da, təhsil hər zaman prioritet olmalıdır:

“Mən müəllimlərdən xahiş edirəm ki, idmanla məşğul olduğuna görə ona güzəşt etməsinlər. Qoy öz gücü ilə çalışsın, oxusun. İdman gözlənilməz sahədir - zədə ola bilər və sair. Buna görə istəyirəm ki, mütləq yaxşı təhsili olsun”.

Atanın dediyinə görə, qızının günü səhər saat altıdan gecə on birədək doludur - məşqlər, məktəb, musiqi... Amma o, hər şeyə çatdırır.

“Oxuyur, hərçənd əlaçı deyil. Amma idmanda birincidir, bu, danılmazdır”.

Sıx qrafikinə baxmayaraq, Şəms həvəsini itirmir. Onun ən böyük azarkeşi isə atasıdır.

“Mən bilirəm ki, o, uğur qazanacaq. Onun bütün döyüşlərinə baxıram, bəzən ondan da çox həyəcanlanıram və hər qələbəsinə sevinirəm. Bütün ailəmiz onunla qürur duyur”.

Leyla Eminova

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri