Icma.az
close
up
RU
Üç il sonra Dəlixanadan məktub la qayıtdı Video

Üç il sonra Dəlixanadan məktub la qayıtdı Video

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Elçin Hüseynov uzun fasilədən sonra yeni layihə ilə qayıdıb. 

Axşam.az xəbər verir ki, sənətçi əvvəlki ənənələrə sadiq qalaraq mətbuat konfransı keçirib. Media nümayəndələrini bir araya yığan E.Hüseynov klipini nümayiş etdirib və sualları cavablandırıb. 

"Dəlixanadan məktub" adlı mahnının sözləri Qismət Məsim, musiqisi Mir Şahin Ağalarova məxsusdur. İsmayıllıda çəkilən klipin rejissor işi Xəyal Hüseynə həvalə edilib. Tədbirin aparıcılığı Kazım Sübhana həvalə edilib. 

"Bu təqdimat məni illər əvvələ qaytardı. Mahnının maraqlı adı var. Elə şou-biznesi də dəlixana adlandırmaq olar" deyə, Kazım əlavə edib.

E.Hüseynov çəkilişlə bağlı məlumatlar verib:

"İllər əvvəl təqdimat edirdik. Son illər isə bu ənənə yığışdırılıb. İstədim 3 il fasilədən sonra belə qayıdım. Jurnalistlərlə canlı ünsiyyət qurum. Çünki sənət adamlarının bu yerlərə gəlib çıxmasında medianın dəstəyi böyük olub.

Klip İsmayıllıda çəkilib. Hava çox soyuq idi, qayıdandan sonra rejissor da, mən də xəstələndim. Amma gözəl iş ərsəyə gələndə çəkilən əziyyətə dəydiyini görürsən. Klip çəkilişində çox adam mənə dəstək oldu. Hamıya təşəkkür edirəm".

Elçin mahnının ərsəyə gəlmə hekayəsindən söz açıb:

"Sosial şəbəkədə bir şeir qarşıma çıxdı. Sözləri çox bəyəndim. "Dəlixanada məktub" Qismət Məsim adlı şairə məxsus idi. Göndərdim Mir Şahinə ki, buna musiqi bəstələsin. Əsas mahnıda sözdür. Musiqi də gözəl olanda tam yerinə düşür. Klipə az büdcə xərclənmədi. Amma tam məbləği açıqlaya bilmərəm. Bundan əvvəl süni intellektlə klip çəkdirdim. Amma bunlar real kliplərin yerini vermir. Mənim üçün mahnımın trendə düşməsi önəmli deyil. Mən trend yox, sənət üçün çalışmışam".

E.Hüseynov bir neçə gün əvvəl sosial şəbəkədə yayılan xəstəxana görüntülərinə aydınlıq gətirib:

"Əməliyyat olundum. İndi səhhətim yaxşıdır. Bir az da çəki atmışam. Üç ildir efirə çıxmıram. Bundan sonra artıq verilişlərdə görünəcəyəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 Fevral 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri