Icma.az
close
up
RU
Menu

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib FOTOLAR

İsveç miqrant siyasətini sərtləşdirir

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

2026 cı il futbol üzrə Dünya Çempionatının 16 iyun tarixinə olan oyunların nəticələri

Legioneri “Qəbələ” ilə vidalaşdı

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

Üç milyon insana ŞAD XƏBƏR 3 ay sonra...

Üç milyon insana ŞAD XƏBƏR 3 ay sonra...

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq maaşları da son sərəncama uyğunlaşdırılacaq və artırılacaq

Prezident İlham Əliyevin dekabrın 23-də imzaladığı sərəncamlarla son aylarda Azərbaycanda ən çox müzakirə olunan məsələlərə aydınlıq gətirildi. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncam ölkə əhalisinin minimum əmək haqqı, minimum pensiya və sosial müavinətlərlə bağlı gözləntilərinə son qoydu. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 400 manata çatdırılacaq. Bu, minimum əmək haqqı məbləğinin 16 faiz artması deməkdir.

Eyni zamanda sərəncamla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 320 manata çatdırılacaq ki, bu da 14,3 faiz artım deməkdir.

Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək.

Növbəti sosial islahat paketi nə qədər əhalini əhatə edəcək? - Nazirlikdən açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək: “Dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Son artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək. Yeni sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əmək haqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq".

Nazirlikdən verilən məlumata əsasən, sərəncamda nəzərdə tutulan artımlar üçün dövlət büdcəsindən illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.

İqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, minimum əmək haqqı və pensiyaların minimum məbləğindəki artımlar gözləniləndən daha çoxdur: “Artımın 10 faiz civarında olacağı gözlənilirdi, lakin daha yüksək oldu. Cənubi Qafqaz regionunu götürsək, bizdə digər iki ölkə ilə müqayisədə dollar ifadəsində hər iki məbləğ daha yüksək olacaq. Lakin burada əsas məsələ başqadır. Minimum əmək haqqının artımı VÖİN-lə mikrosahibkar və fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslərin ödəmələrini də artırır. Yanvardan etibarən ayda tutalım ki, 100 manat gəliri olan belə şəxs həmin gəlirə görə 100 manat sosial sığorta haqqı, üstəgəl, 16 manat icbari tibbi sığorta və sair ödənişləri ödəməli olacaq. Başqa bir məsələ minimum pensiya məbləğindəki artımla bağlıdır. Azərbaycanda yetərli iş stajı olan şəxsin yaşa görə sosial müavinət deyil, pensiya alması üçün sosial sığorta hesabında minimum sosial kapitalı da olmalıdır. Bu kapitalın məbləği minimum pensiyaya bağlıdır və hazırda 42 min manat civarındadır. Minimum pensiya artdıqdan sonra bu məbləğ 46-47 min manata yüksələcək. Belə yüksək məbləği toplamaq isə getdikcə daha çox insan üçün mümkünsüz olacaq. Buna görə də biz neçə illərdir ki, mikro və fərdi sahibkarlar üçün sosial sığorta haqqının minimum əmək haqqı məbləğinə, minimum pensiya kapitalının isə minimum pensiya məbləğinə bağlılığının aradan qaldırılmasını təklif edirik”.

Minimum əmək haqqındakı artım kimlərin maaşlarını artıracaq? İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun dediyinə görə, minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək: “Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq.

Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artırılacaq.

Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq.

Əmək haqqı artımları neçə faiz olacaq?

Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ilk 4 dərəcə üzrə əməkhaqları 400 manatdan azdır və onlar 345-389 manat arasında dəyişir. Ən yüksək dərəcə üzrə əmək haqqı isə 1125 manatdır. Minimum əmək haqqının artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır".

Müəllim və həkimlərin maaşları artacaqmı? V.Bayramov bildirir ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqlarında artımlar olacaq: “Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əmək haqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələrarası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.

Artımlar həmçinin özəl sektoru da əhatə edəcək. Çünki minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindən aşağı maaş ödənilə bilməz".

Onu da qeyd edək ki, Azərbaycanda adətən belə sosial paketlərin həyata keçirilməsi inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur. 2025-ci ilin dövlət büdcəsi layihəsinin parametrləri açıqlanan zaman yanvar ayından minimum əmək haqqı, pensiya və müavinətlərin məbləğində artım olacağı məlum olmuşdu. Buna görə də son iki ayda - oktyabr və noyabrda Azərbaycanda inflyasiyanın sürətlənməsinin bir səbəbi kimi gözlənilən əmək haqqı və pensiya artımları göstərilir. Bir sıra mütəxəssislərə görə, yanvar-fevral aylarında artımların təsiri ilə inflyasiya daha da sürətlənəcək.//“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ İran razılaşması razılaşma kövrək xarakterli sənəddir

16 İyun 2026 14:12see445

İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir

16 İyun 2026 12:07see412

Frank Jaffe SITA nın qlobal xidmətlər komandasına rəhbərlik edəcək

16 İyun 2026 21:59see257

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

16 İyun 2026 06:36see235

17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

16 İyun 2026 18:28see225

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see221

Dünyada elektrikli nəqliyyat vasitələrinin satışı artmaqdadır

16 İyun 2026 11:32see220

15 İyun Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

16 İyun 2026 05:42see212

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see209

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı azalıb

16 İyun 2026 18:20see202

İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? VİDEO

16 İyun 2026 04:03see201

Yaponiyada maraqlı TƏCRÜBƏ: insan işçilər keçilərlə əvəz edildi

16 İyun 2026 06:36see199

“XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib FOTOLAR

16 İyun 2026 17:50see197

İsveç miqrant siyasətini sərtləşdirir

16 İyun 2026 07:49see192

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

16 İyun 2026 02:46see191

2026 cı il futbol üzrə Dünya Çempionatının 16 iyun tarixinə olan oyunların nəticələri

16 İyun 2026 10:47see184

Legioneri “Qəbələ” ilə vidalaşdı

16 İyun 2026 07:37see179

KİV: Avropa və Yaxın Şərqdə Patriot çatışmazlığı səbəbindən SAMP/T sistemlərinə maraq artır

16 İyun 2026 05:42see171

Vens: ABŞ İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

16 İyun 2026 04:09see169

Mehparə Cəfərova Gəncədə qəzaya düşdü FOTO

16 İyun 2026 22:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri