Icma.az
close
up
RU
“Üç müşketyor”un taleyi “Liverpul” üçün dağıdıcı amilə çevrilib

“Üç müşketyor”un taleyi “Liverpul” üçün dağıdıcı amilə çevrilib

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərədə 20-ci çempionluğa doğru “şütüyən” “Liverpul”un azarkeşlərini mövsüm boyunca bir detal əsəbləşdirir.

"Football-plus.az" xəbər verir ki, klub hələ də üç aparıcı futbolçusu – Məhəmməd Salah, Trent Aleksander-Arnold və Vircil van Diyk ilə müqavilə müddətinin uzadılmasını razılaşdıra bilməyib. Yayda müqavilə müddəti bitəcək liderlər elə bu ay başqa klublarla danışıq apara bilər. Bu mövzu hər turdan sonra aktuallaşır. Xüsusən də artıq aylardı klubda sonuncu mövsümünü keçirdiyini deyən Salah rəhbərliyə ciddi təzyiq göstərir. Onun növbəti cəhdi Ceymi Karragerlə aralarında mübahisə doğurub. İş ondadı ki, misirli ulduz sosial şəbəkədə Trent və Vircil ilə birgə şəklini paylaşıb. Özü də MY ilə 2:2 bitən oyundan sonra. Fotonu heç bir yazı müşayiət etməsə də, Monun nə demək istədiyi aydındı.
Salahla Trent eqoistdi?
Ardından “Sky Sports” telekanalının efirində Karragerdən həmin fotonu şərh etməsini istəyiblər. İngiltərəli futbol adamı Salahla Trenti dolayısıyla eqoistlikdə suçlayıb:

“Deyərdim ki, Van Diyk bu mövsüm müqavilə ilə bağlı söhbətlərdə özünü ləyaqətlə, əsl kapitan kimi göstərdi. Aydın məsələdi ki, üçü üçün də önəmli məqamdı. Vircilin meydanda özünü aparması, oyunu, komandaya rəhbərliyi məni heyran edir. O, kənar söhbətlərə qətiyyən fikir vermir. Bu üzdən mən Trent və ya Salah haqda danışmaq əvəzinə Van Diykin haqqını vermək istəyirəm. O, bu vəziyyətin öhdəsindən əsl lider kimi gəlir. Vircilə də bu mövzuda suallar verilib, ancaq cavabdan yayınıb. Vircil ona görə burdadı ki, çempionluq qazansın, “Liverpul” üçün mümkün olan hər şeyi etmək istəyir. Mərc gələrəm ki, o, yeni müqavilə imzalayacaq. Qalan iki oyunçunun da ondan nümunə götürməsinə dəyər”.


Salah dərhal Karragerin dediklərinə reaksiya verib:

“Düşünməyə başlayıram ki, sən mənə bağlısan”. Ceymi misirliyə daha xoş cavab göndərib: “Mən həmişə sənə bağlıyam. Bunun gələn mövsüm də davam edəcəyinə ümid edirəm”.


Ancaq “Sky Sports” növbəti efirində Karragerə bir daha Məhəmmədə cavab imkanı tanıyıb. Ceymi şən şəkildə fikirlərini izah edib:

“Mən gerçəkdən Mo Salaha bağlıyam, ancaq düşünmürəm ki, bu, onun ağlına gətirdiyi bağlılıq tipidi. Mənə sual verirlər, mən də mümkün dərəcədə diplomatik tərzdə cavablayıram. Mo Salahı və ya Trenti tənqid etmək əvəzinə Van Diykin vəziyyətin öhdəsindən necə gəlməsi ilə heyranlıq duyuram, ancaq yenə də xoşagəlməz halla üzləşirəm”.


Ümumiyyətlə, Karragerlə Salah arasındakı mübahisənin kökləri bir qədər əvvələ dayanır. Salah hələ noyabrın sonunda dumanlı gələcəyi haqda çılğın açıqlama vermişdi:

“Artıq dekabr çatıb, mən isə hələ klubda qalmaq təklifi almamışam. İndiki halda klubda olmaqdan daha çox ondan kənardayam. Məyusam, ancaq baxaq görək necə olur”.


Karrager onda daha sərt tənqidlə çıxış etmişdi:

“Görünür, indi qiymətdə böyük fərq var – Salahın və agentinin özünü necə qiymətləndirməsində, müqavilə müddətində, “Liverpul”un futbolçunu dəyərləndirməsində. Beləliklə, “Liverpul” hələ ona görə müqavilə təklif etmir ki, Salah “yox” deyəcək, bu üzdən tərəflər danışıqları davam etdirir. Çox istəyirəm ki, tərəflər bir-birinə doğru addım atsın, ancaq onu da deməliyəm ki, Salah məni çox məyus edir. O, oyundan sonra müsahibə verdi. Biz hamımız, Liverpul şəhərində çalışan reportyorlar da yaxşı bilir ki, Salah klubda keçirdiyi 7 il ərzində cəmi iki dəfə mikst-zonadan görünmüşdü – bu, onun hüququdu, tam normal haldı. Ancaq 3-cü dəfə Sauthempton səfərində - “Liverpul”un qələbəsindən sonra jurnalistlərin önünə çıxdı. “Liverpul” üçün cari mövsümdə Salah, Van Diyk və Aleksander-Arnoldun gələcəyi ən vacib məsələ deyil. “Liverpul”un premyer-liqadakı çempionluğu daha vacibdi. Çempionluq bu oyunçuların hər birindən vacibdi. O, belə şərhlər verməyi davam etdirsə və ya agenti müəmmalı tvitlər yaysa, bu artıq eqoistlikdi. Bu o deməkdi ki, Salah klubu yox, özünü düşünür”.


Roy Kin Trenti “Tranmer Rovers”ə “göndərdi”
Salahın xətrinə dəyən həmin efirdə Karrager misirli ilə Trentin MY ilə oyunda (2:2) pis təsir bağışladıqlarını, amma ümumilikdə yaxşı mövsüm keçirdiklərini dedi. Onu da dedi ki, “Liverpul” heç bir halda Trenti qışda “Real”a buraxmamalıdı, çünki bu keçid komandanın titul yürüşünə təsir göstərə bilər.
Arne Slot Trent – Salah cinahının yaxşı təsir bağışlamamasını rəqibin keyfiyyətli oyunu ilə izah etdi:

“Trent, bir qayda olaraq, klubda çox yaxşı oynayır. O, heç də əla oyun keçirmədi, ancaq bu həm də başqa oyunçularla bağlıdı. Bəzən Qravenberx ona yetərincə yaxın olmur. Üstəlik Dalotla Bruno Fernandeşin oyunçu keyfiyyətlərini də qeyd edərdim”.


Roy Kin isə daha qəti danışdı:

“Trent, adətən, hücumlara ən yaxşı şəkildə qoşulur, ancaq onun müdafiədə bugünkü oyunu... Aman Allah, məktəbli kimi oynayırdı. Deyilənə görə, “Real”a keçmək üzrədi, ancaq müdafiədə belə oynamaqla “Tranmer Rovers”ə (4-cü divizionda yarışan Mersisayd klubu – red.) yollana bilər. Trent daha çox çalışmalıdı”.


Hər halda, bu yazıda adı çəkilən üç ulduzdan məhz Trent “Liverpul”dan ayrılmağa daha yaxındı. Madrid nəhəngi elə bu ay onu “rənglərinə bağlamağa” hazırdı. “As” qəzetinin yazdığına görə, “qırmızılar” “Real”ın 15 milyon avroluq ilk təklifini geri çevirib. “Liverpul” hələ də müqavilə müddətini uzadacağına ümid edir. Karrager belə hesab edir ki, məhz “Real”la bağlı söhbətlər Trentə MY ilə oyunda mane olub. Van Diyk isə əsl kapitan kimi sakitliyi qoruyur:

“Şayiələr Trentin oyununa təsir göstərirmi? Yox. Hər şey qaydasındadı. Trent yaxın adamların, ailəsinin əhatəsindədi, biz də yanındayıq. Hər birimiz kimi o da mümkün qədər yaxşı oynamaq istəyir. Əsas olan budu”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Yanvar 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri