Icma.az
close
up
RU
Üç nəfərin həyatına son qoyan sürücüyə necə bəraət verilib? Ali Məhkəmədən QƏRAR

Üç nəfərin həyatına son qoyan sürücüyə necə bəraət verilib? Ali Məhkəmədən QƏRAR

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Ali Məhkəməsi yol-nəqliyyat hadisələrinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. 

Avtosfer.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib. 

Bildirilir ki, işin hallarına görə, təqsirləndirilən şəxs 2020-ci il 2 may tarixində idarə etdiyi avtomobillə hərəkətdə olarkən, qarşıdan gələn digər avtomobillə toqquşub, nəticədə 3 şəxsin ölümünə səbəb olub. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü ilə şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.

Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü verilmiş apelyasiya protestinə münasibətdə ləğv edilib, təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 

Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkum kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin həbsə alınmasına dair müddəalar istisna olmaqla ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınıb. Şəki Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb. 

Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib. Kassasiya protestində qeyd edilib ki, şəxs ibtidai istintaq zamanı ifadəsində ona Azərbaycan Respublikasının CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də, məhkəmə istintaqında özünü müdafiə etmək, cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi ilə ifadəsini dəyişib təqsirini inkar edib. Eləcə də, zərərçəkmiş şəxslər məhkəmə istintaqında ifadələrini dəyişib, ibtidai istintaq dövründə bildirdiklərindən fərqli ifadələri səsləndirməklə təqsirləndirilən şəxsin məsuliyyətdən kənar qalması üçün şərait yaradıb. Apellyasiya instansiyası məhkəməsi isə həmin ifadələrə əsaslanmaqla sonuncunun Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verib işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlib. 

Şikayət üzrə Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, Azərbaycan Respublikası CPM-nin 19.7 və 91.5.10-cu maddələrinə görə, təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə borclu deyil, özünə qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüquqlarının sahibidir. Məhkəmə istintaqında müəyyən edilmiş yeni hal – təqsirlədirilən şəxsin məhkəmə araşdırması zamanı verdiyi, ibtidai istintaqda göstərdiklərindən fərqli olan ifadəsi ilə yanaşı, həmçinin, digər proses iştirakçılarının məhkəmə istintaqı dövründə bildirdikləri əsasında aşkar edilib. Cinayət prosessual qanunvericiliyinin təməl prinsiplərindən birini təşkil edən, insan hüquq və əsas azadlıqlarının məcmusuna daxil olan və CPM-nin 21.3-cü maddəsində əksini tapan təqsirsizlik prezumpsiyası prinsipi dayanır ki, həmin prinsipə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Cinayət-prosessual qanunvericiliyinin istinad edilən müddəalarından göründüyü kimi, təqsirləndirilən şəxs ifadə vermək hüququnun icra formasının seçilməsində tamamilə azaddır, qanunverici onun üzərinə bununla bağlı hər hansı məhdudiyyətin qoyulması halını müəyyən etmir, o cümlədən, müdafiə hüququnun səmərəli həyata keçirilməsi məqsədilə cinayət təqibinin istənilən mərhələsində özünə qarşı ifadə verməmək hüququ ilə ehtiva edilən ifadələrin dəyişməsinə imkan verir. 

Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilərək, yeni sübutlar toplamalı, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir.

Təsvir edilənlərdən göründüyü kimi, bəraət almış şəxs cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrindən məhz məhkəmə istintaqı dövründə bildirdiklərinə üstünlük verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti istər cinayət işinin müəyyən edilmiş digər halları, istərsə də vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrinə uyğun olub ki, həmin ifadələr həm ittiham tərəfində çıxış edən zərərçəkmiş şəxslər, həm də cinayət işinin nəticəsində hər hansı marağı olmayan kənar şəxsin şahidin ifadələri ilə təsdiqlənib.

Yekunda Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilməyib, apellyasiya instansiya məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see329

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see133

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see133

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see132

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see126

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see126

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116

18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi

31 Avqust 2025 13:14see116

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri