Ucarda yanğından sonra 6 kənd işıqsız qaldı FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ucarda elektrik yarımstansiyasında güclü yanğın olub. Nəticədə 6 kənd işıqsız qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Müsüslü qəsəbəsində yerləşən elektrik yarımstansiyasında qeydə alınıb.
Belə ki, səhər saat 07-40 radələrində stansiyada yerləşən transfarmatorların birində qəfildən yanğın başlayıb.
Qısa zamanda yanğın genişlənib və nəticədə 6 kəndə elektrik enerjisi verən transfarmator yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN-in Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Hadisəyə səbəb transfarmatorun həddindən artıq yüklənməsi göstərilir. Hazırda fakt araşdırılır.
Xatırladaq ki, yanğın Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 01 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















