Ucarda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Ucarda eyni ərazidə eyni vaxtda 2 yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndindən keçən hissəsində baş verib.
Birinci qəzada Bakı istiqamətində hərəkətdə olan traktorla yük avtomobili toqquşub. Nəticədə traktor magistral yoldan çıxaraq yol kənarına aşıb. İdarəetmədən çıxan yük maşını isə beton arakəsməni dağıdaraq yolun əks istiqamətinə çıxıb.
Adıçəkilən ərazidə baş verən digər qəzada isə iritonnajlı yük avtomobili ilə "Vito" markalı sərnişin avtomobili toqquşub.
Birinci qəzada müxtəlif xəsarətlər alan 2 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Bu mövzuda digər xəbərlər:Ucarda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var FOTO
15 Aprel 2025 21:53
Kürdəmirdə yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
06 Aprel 2025 23:40
Ucarda qəza baş verib, xəsarət alanlar var
27 Dekabr 2024 23:16
Lerikdə yol nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var
24 Aprel 2025 11:22
Ucarda AĞIR QƏZA: Xəsarət alanlar var
27 Dekabr 2024 23:52
Baxış sayı:55
Bu xəbər 19 Sentyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















