Icma.az
close
up
RU
Üçrəngli bayrağımız dövlətçiliyimizi, müstəqilliyimizi, mili birliyimizi təcəssüm etdirir

Üçrəngli bayrağımız dövlətçiliyimizi, müstəqilliyimizi, mili birliyimizi təcəssüm etdirir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bu gün qalibiyyət rəmzi olan üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində, o cümlədən 28 il düşmən işğalında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Hadrut, Mincivan, Ağbənd, Əsgəran qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə qürurla dalğalanır. Müqəddəs bayrağımız Ali Baş Komandanımızın, müzəffər Ordumuzun, haqq yolunda, Vətən uğrunda həlak olan qəhrəman şəhidlərimizin şücaəti nəticəsində azad edilmiş torpaqlarda ucalır, başdan-başa ölkəmizi bəzəyir.

Üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə yaddaşlara, tarixə yazıldı.

Artıq dördünçü ildir ki, Qalib Azərbaycan 9 Noyabr - Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Cəmi 44 günə düşmənin pərən-pərən salındığını, işğaldan azad edilən torpaqlarda yenidən üçrəngli bayrağın qürurla dalğalandığını görmək hər bir azərbaycanlıda fəxarət hissi yaradır.

Hər saatı, hər dəqiqəsi bir dastan olan haqq savaşından qalib çıxan Azərbaycanda bu ərəfələr bayram – bayrama qarışır. Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun qüdrəti, xalqımızın birliyi sayəsində 28 ildən sonra düşmən tapdağından azad olan Şuşaya bayrağımızın sancıldığı Zəfər Günündən 1 gün sonra 9 noyabrda tarix boyu dövlət bayrağına böyük hörmət və ehtiramla yanaşan xalqımızın Dövlət Bayraq Günü qeyd edilir.

1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilən 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb.  1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağına sahib çıxdı. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Dahi şəxiyyət Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Bəli, xalqımın, dövlətimin şərəf və ləyaqətinin ifadəsi olan üçrəngli bayrağa xüsusi münasibəti hər zaman özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirən üçrəngli bayrağımıza, milli atributumuza sevgi ildən-ilə daha da artıb. Özünütəsdiq simvolu olan bayrağı qürur və güvənc yeri sayan xalqımız bundan böyük qürur duyur. Ölkə Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

“Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli Zəfər paradında bəyan etdiyi bu sözlər hər birimizdə qürur, iftixar hissi yaratdı. 2016-cı ildə işğaldan azad edilən Lələtəpə yüksəkliyinə sancılaraq bütün işğal altında olan torpaqlarımızın da azad ediləcəyinin müjdəçisinə çevrilən bayrağımız Vətən savaşının 44-cü günündə Qarabağda əbədi dalğalandırıldı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən işğalından addım-addım, qarış-qarış azad edilən, illərlə üçrəngli bayrağımıza həsrət qalmış doğma torpaqlarımızda millətimizin qüruru, dövlətimizin gücü, Vətənimizin azadlıq rəmzi bayrağımız qürurla dalğalanaraq qəhrəman, igid oğulların hünərlərini, xalqımızın Vətən, torpaq məhəbbətinin əbədiliyini, Zəfərimizi, igid ata-babalarımızın qəhrəmanlıq ənənələrini, mili birliyimizi təcəssüm etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Noyabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri