Icma.az
close
up
RU
Статья не опубликована
Üçtərəfli Bəyanatdan sonra Azərbaycanın yaratdığı yeni reallıqlar

Üçtərəfli Bəyanatdan sonra Azərbaycanın yaratdığı yeni reallıqlar

Icma.az, Aznews.az saytına istinadən bildirir.

"Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla 44 günlük Vətən müharibəsi rəsmən sona çatdı. Ermənistanın kapitulyasiya aktı olan bu Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən Azərbaycana təhvil verildi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyuldu.

Bu böyük tarixi qələbənin əldə edilməsinin təməlində Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun şücaəti, mətinliyi və qəhrəmanlığı, xalqımızın öz Liderinə olan sarsılmaz inamı, dəstəyi və onun ətrafında dəmir yumruq kimi birləşməsi kimi amillər dayanır". Bu fikirləri AzNews.az-a Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, qazandığı Böyük Zəfərlə işğal altında olan torpaqlarını azad edən Azərbaycan münaqişənin artıq başa çatdığını elan etdi və 44 günlük müharibənin yaratdığı yeni reallıqlar fonunda Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü. Ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılmasından ibarət olan bu prinsipləri məğlub Ermənistan qalib Azərbaycanın ona bir lütfü kimi dəyərləndirməli olduğu halda Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən və sülh gündəliyindən müxtəlif vasitələrlə yayındı.

Ermənistan 2022-ci il 6 oktyabr tarixində imzaladığı Praqa Bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Azərbaycan ərazisində olan silahlı birləşmələrini buradan çıxarmadı, silahlı qüvvələrimizə və mülki əhalimizə qarşı mina terrorunu və genişmiqyaslı təxribatlarını davam etdirdi, bu təcavüzkar aktlarla hansısa formada Azərbaycanın suveren ərazisində öz mövcudluğunu davam etməyə çalışdı.

Ermənistanın bütün bu təcavüz və təxribat aktlarına son qoymaq məqsədilə Azərbaycan 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına başlamalı oldu. Bir sutkadan da az, cəmi 23 saat 48 dəqiqə davam edən bu antiterror əməliyyatı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri tam şəkildə tərksilah edildi və ölkədən çıxarıldı. Bununla da Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi.

Daha sonra millət vəkili Vasif Qafarov bildirib: "44 günlük Vətən müharibəsi və ondan keçən bu dörd il ərzində Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalına son qoyuldu.

Xankəndidəki separatizm yuvası tam dağıdıldı, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. 30 ilə yaxın davam edən münaqişə və onun ətrafında aparılan danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı, “ikinci erməni dövləti”, “miatsum”, “Dağlıq Qarabağ”ın statusu kimi xəyalları tam fiaskoya uğradı. Erməni faşizminə sarsıdıcı zərbə vuruldu.

Hazırda Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla Azərbaycanın bütün sərhədlərində Azərbaycan sərhədçiləri Vətənin keşiyini çəkir. Azərbaycanın bölgədə yaratdığı bütün bu yeni siyasi reallıqlar Azərbaycanın həm hərbi, həm də diplomatik cəhətdən gücünü və əzmini nümayiş etdirir.

Lakin bu yeni siyasi reallıqlarla barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı silahlandırırlar və onu Azərbaycana qarşı yeni müharibəyə təhrik edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il noyabrın 8-də Bakıda Zəfər parkının açılışındakı nitqində Ermənistana ciddi xəbərdarlıq etdi: “Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik”.

Azərbaycanın yaratdığı yeni reallıqlar Cənubi Qafqazın uzunmüddətli və davamlı sülhə qovuşması üçün mühüm bir tarixi şans yaradıb. Ermənistan bundan nəticə çıxarmalı, Azərbaycanın yaratdığı bu tarixi şansdan yararlanmalı, bəzi xarici qüvvələrin Cənubi Qafqazda öz çirkin niyyətlərini həyata keçirməsi üçün alət olmaqdan əl çəkməli, sülh prosesini irəli aparmalı və özünün gələcəyini təmin etməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 14 Noyabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see244

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see229

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see222

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see156

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see135

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see133

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri