Icma.az
close
up
RU
Üçtərəfli format Avrasiyanın enerji və iqtisadi xəritəsində dəyişiklik yaradacaq MÜNASİBƏT BİLDİRİLDİ

Üçtərəfli format Avrasiyanın enerji və iqtisadi xəritəsində dəyişiklik yaradacaq MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Türkmənistanda üçtərəfli əməkdaşlıq formatının qismən təsis edilməsi Prezident İlham Əliyevin səfərinin ən mühüm nəticəsi sayıla bilər".Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan–Özbəkistan–Türkmənistan formatı regional əməkdaşlıqda yeni bir mərhələ açacaq: "Hər üç ölkənin böyük potensialı və real imkanları var. Xüsusilə də Azərbaycanın logistika, nəqliyyat və tranzit imkanları hər iki ölkə üçün cəlbedicidir.

Hazırda hər üç ölkə Avrasiyanın ən böyük dəhlizlərindən biri olan Şərq-Qərb dəhlizinin üzərində yerləşir. Bu dəhliz Çindən başlayaraq Avropaya qədər uzanır və Özbəkistan, Türkmənistan və Azərbaycan ərazisindən keçir. Bu ölkələrin imkanlarının birləşdirilməsi həm Mərkəzi Asiya–Qafqaz əməkdaşlığında yeni səhifə açacaq, həm də Şərq-Qərb dəhlizinin inkişafına və səmərəliliyinin artmasına xidmət edəcək.

Türkmənistanla Azərbaycan, eləcə də Özbəkistanla Azərbaycan arasında geniş ikitərəfli əlaqələr mövcuddur. 2021-ci ildə “Dostluq” yatağı ilə bağlı saziş imzalandıqdan sonra Xəzər dənizində əməkdaşlıq üçün yeni perspektivlər yaranıb. Özbəkistanın bərpa olunan enerji (yaşıl enerji) sahəsində böyük potensialı var və bu istiqamətdə Azərbaycanla maraqlı əməkdaşlıq başlayıb. Türkmənistanın enerji daşıyıcılarının dünya bazarına çıxarılmasında Azərbaycanın infrastrukturu mühüm rol oynaya bilər.

Bu üçtərəfli format, prezidentin Aşqabad səfərinin mühüm nəticəsi olmaqla yanaşı, imzalanmış sənədlər vasitəsilə Avrasiyanın enerji və iqtisadi inkişaf xəritəsində mühüm dəyişikliklərə səbəb olacaq.

Eyni zamanda bu səfər Türk dövlətlərinin inteqrasiya prosesinə də yeni təkan verdi. Artıq müxtəlif üçtərəfli formatlar – Türkiyə–Azərbaycan–Türkmənistan və indi Azərbaycan–Türkmənistan–Özbəkistan – praktik şəkildə həyata keçirilir.

Bu inteqrasiya həm regional rifahı artırır, həm də inkişaf proseslərinə üçtərəfli səviyyədə töhfə verir. Türkmənistanın bu proseslərə cəlb olunmasında Azərbaycanın rolu xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Aşqabad səfəri həm də Mərkəzi Asiya dövlət başçılarının sammiti formatının inkişafına töhfə verəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri