Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Üçüncü Dünya müharibəsi başlayıb? Üç əlamət artıq var

Üçüncü Dünya müharibəsi başlayıb? Üç əlamət artıq var

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

“Daily Mail” yazır ki, Böyük Britaniyanın Bekingem Universitetinin fəxri professoru, tarixçi Entoni Glizin fikrincə, dünya müharibəsi faktiki olaraq artıq başlamış ola bilər və bunu göstərən üç əsas əlamət var.
Bakupost.az bu iddialara cavab almaq üçün “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğludan münasibət öyrənmək qərarına gəldi.

Professor Glizin fikrincə, III Dünya müharibəsininin birinci əlaməti “seçim müharibəsi”dir. Bu zaman dövlətlər özünümüdafiə səbəbindən yox, siyasi qərara əsaslanaraq böyük münaqişəyə başlayırlar. O, buna nümunə kimi ABŞ və İsrailin İrana zərbələrini göstərir.
Elxan Şahinoğlu buna münasibət bildirərkən dedi ki, Suriya müharibəsi başlayanda da çox deyirdilər ki, III Dünya müharibəsi başladı: “Hətta Roma papası, Vatikan rəhbəri də oxşar açıqlama vermişdi. Düzdür Suriyada vəziyyət gərgin olsa da, Dünya müharibəsi başlamadı. Bu savaşda müxtəlif dövlətlər, fərqli maraqları, müxtəlif terrorçu qruplaşmalar iştirak etdi. Ölkə bir-birinə qarışdı. Amma hazırda Suriyada nisbi sakitlikdir. İndi İran üçün eyni şeyləri deyə bilərik. Düzdür, İranla müharibənin miqyası daha da böyüyüb. Körfəz ölkələrinə zərbələr, Türkiyə və Azərbaycana atılan raket və PUA-lar, Hörmüz boğazın bağlanması və bununla yanacağa olan ehtiyacın və qiymətlərin artması. Bunlar, əlbəttə ki, var. Amma bütün hadisələrdən çıxış edərək, baş verənlərin Üçüncü Dünya Müharibəsinə səbəb olacağı ehtimalını irəli sürməyə bir az ehtiyatlı yanaşıram. Əgər İranın nüvə silahı olsa idi, bu zaman vəziyyət başqa cür olar, bundan istifadə riski yarana bilərdi. Amma bu silahı əldə etməyə Tehranın vaxtı çatmadı. Ona görə bu barədə ehtimalları real görmürəm”.
Britaniyalı alim hesab edir ki, dünya müharibəsinin başlanmasının ikinci əlaməti beynəlxalq hüququn nəzərə alınmaması və “güclü olan haqlıdır” məntiqidir. Tarixçinin sözlərinə görə, belə yanaşma əvvəlki dünya müharibələrindən öncə də aqressiv rejimlərdə müşahidə olunub.
Müsahibimiz bildirdi ki, onsuz da indi beynəlxalq hüquqla heç kim hesablaşmır. “Azərbaycanın özündə gördük ki, beynəlxalq hüquq işləmir. Öz ərazi bütövlüyünü güc işlətməklə bərpa etdik. Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq hüququn tamamilə pozulmasıdır. Əslində, indi Amerika və İsrailin İrana qarşı hücumu da beynəlxalq hüquq prinsiplərinə ziddir. Və yaxud bundan öncə Amerikanın 2000-ci illərin əvvəllərində İraqa müdaxiləsi də beynəlxalq hüquqa zidd idi. Amma bütün bu beynəlxalq hüquqa zidd hərbi əməliyyatlar da Üçüncü Dünya Müharibəsinə gətirib çıxarmadı”.
Entoni Gliz tez güclü dövlətlərin sülh axtarmaq əvəzinə münaqişəni davam etdirməyə hazır olmağı sonuncu əlamət hesab edir. Bu isə müharibələrin uzanmasına və coğrafiyasının genişlənməsinə gətirib çıxarır. Alimin fikrincə, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi də bu meyarlara uyğundur. O, hesab edir ki, gələcəkdə tarixçilər bu hadisəni Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirə bilərlər.
“Atlas” Araşdırmalar Mərkəzinin politoloqu etiraf etdi ki, Rusiya-Ukrayna müharibəsi beşinci ilinə keçdi və müharibənin bitəcəyi ilə bağlı proqnoz vermək mümkün deyil: “Çünki dövlətlərin fərqli maraqları var. Amma İrana qarşı müharibənin çox uzun çəkəcəyini zənn etmirəm. Çünki əslində Amerika hələlik öz əsas hədəfinə çatmayıb. Yəni rejim dəyişməyib, zəifləməyib, sözə baxan olmayıb. Buna baxmayaraq Amerika hansısa məqamda dayanmaq məcburiyyətində qalacaq. Yəni bunun davamlı müharibəyə gedəcəyini zənn etmirəm. Digər strateji hədəf isə yenidən insanların, belə deyək, yaxın gələcəkdə İranda etiraza qalxmasıdır. Bu o deməkdir ki, İrana qarşı müharibə uzunmüddətli olmayacaq. Sadəcə britaniyalı alimin sözlərindən bu nəticə çıxır ki, əslində indi beynəlxalq aləmdə xaosdur və bu həqiqətdir. Yəni heç kim beynəlxalq hüquqla hesablaşmır. BMT nüfuzunu itirib. Kimsə kimisə cəzalandırmaq istəsə, beynəlxalq sənədlərə istinad etməyəcək. Gücü varsa, tətbiq edəcək. Bizim özümüz də otuz il ərzində ordumuzu gücləndirdik. Gördük beynəlxalq hüquq, BMT-nin dörd qətnaməsi işləmir. Özümüz məsələni həll elədik. Və bütün bunlar, əlbəttə, beynəlxalq aləmdə təsiri var. Və bu nə vaxtsa, daha böyük xaosa gətirib çıxara bilər. Və bu, indi Üçüncü Dünya müharibə və başqa formada hansısa bir dövlət dözməyəcək, atom silahından istifadə edəcək. Bütün bunlar, əlbəttə, baş verə bilər. Amma hələ ki, bunun əlamətləri yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Mart 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri