Icma.az
close
up
RU
Üçüncü Türkçülük Çalışmaları: tariximiz və tarixçiliyimiz

Üçüncü Türkçülük Çalışmaları: tariximiz və tarixçiliyimiz

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəzər Universiteti son illərə qədər Azərbaycanın dünya reytinqlərinə düşən tək ali məktəbi idi. İndi, şükür, başqa universitetlər də bu reytinqlərdə yer alır. Ancaq hələ də çox deyil; məsələn, Qazaxıstan çox sürətlə irəliləyib. Hərçənd o da bir türk dövlətidir; uğurlarından qürur duyarıq. Amma yenə də Azərbaycanın da belə yüksək nəticələrə çatmasını istərdim. Yeri gəlmişkən, məni bu reytinqlərdə bir türk olaraq ən çox kədərləndirən rəqəm İranın Türkiyədən öndə olmasıdır. Həm də xeyli öndə!

Nə isə. Bunlar başqa söhbətlərə qalsın. Əsas mətləbə gəlsək, Xəzər Universitetinin ayrıca, daha bir qiymətli özəlliyi var: bu ali təhsil ocağı həmişə fərqli düşüncənin, müstəqil fikrin meydanı, məbədi, yeni təfəkkürün mərkəzi olub. İstər ictimai fikir olsun, istər elmi təfəkkür, istər milli kimlik dartışmaları olsun, fərqli düşüncə tərzinə həmişə qapılarını geniş açıb.

Bu dəfə isə Xəzər Universiteti "Üçüncü Türkçülük Çalışmaları"na ev sahibliyi etdi. Odur ki, "Türkçü Düşüncə Birliyinin sədri, professor Nəsib Nəsiblinin mənə göndərdiyi dəvətnamədə yer olaraq Xəzər Universitetini görəndə sevindim, amma heç təəccüblənmədim.

Çox təəssüf ki, üzrlü səbəblərdən, axıra qədər qala bilmədim. Ancaq Çalışmada olduğum müddətdə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının, profesor Nəsib Nəsiblinin, xalq şairi, Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlının, dosent Telman Nüsrətoğlunun, doktor Odər Qutluərin maraqlı çıxışlarını dinlədim.

Bu dəfəki Çalışmaların başlığı belə idi: "Keçmiş tariximiz və indiki tarixçiliyimiz".

Əslində çox geniş, həm də çox ağrılı mövzulardandır. Tarixçi deyiləm, amma çıxışlardan anladığım qədər çağdaş tarixçiliyimiz bərbad gündədir. Otuz üç ildir ki, Azərbaycan müstəqil dövlətdir, amma hələ də köhnə rus-Sovet tarixçilik, yaxud çox zaman adlandırıldığı kimi tarixşünaslıq ənənələrindən, bu ağır və zərərli mirasdan xilas ola bilməmişik. Hələ də: "Biz kimik?!" sualına tarixçiliyimiz doğru cavabı verməyib. Ya bunu istəməyib, ya imkan verilməyib. Bəzi alimlər bizim milli kimliyimizi müxtəlif ünvanlara bağlayır. Əsl həqiqəti, həm də göz önündə olan gerçəyi ya görmək istəmirlər, ya da görsələr də, göstərmək istəmirlər.

Ümumiyyətlə, ifratçı, yanlış tarixçilik konsepsiyaları ilə milləti çaşdırır, dolaşdırırlar. Biriləri bu coğrafiyada tarixi türk varlığını tamamilə inkar edir, bir başqaları isə, əksinə, bu torpaqlarda beş min il qabaq da türkün yaşadığını iddia edir. Hələ də faktlara, mənbələrə, məxəzlərə söykənməyən subyektiv mülahizələr üzərində qurulmuş bir həftəbecər tarixçilik var. Hələ də rus-Sovet ideolojisinin bizə dayatdığı coğrafiya mərkəzli tarix şüurundan, türkün inkarı üzərinə qurulmuş tarixçilik konsepsiyasından qurtula bilməmişik.

Millətin coğrafiyası milli dövlətin coğrafiyasından çox genişdir, amma bu gerçəyi indiki rəsmi, ya da inzibati üstün tarixçilik konsepsiyası qəbul etmir. Həm də, doğrusu, bu, təkcə tarixə də aid deyil. Azərbaycan ədəbiyyatı deyəndə Azərbaycan Respublikasında yaranan ədəbi əsərləri düşünürük. Mədəniyyət də elədir, o cümlədən, musiqi və sair.

Bəs Güney Azərbaycanda, yaxud Borçalıda, eləcə də, məsələn, Dərbənddə və sair yerlərdə türkün tarixi izləri, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası necə olsun?!

Millətin tarixi kökünü bir kiçik coğrafiyanın hüdudları içində araşdırmaq kökündən yanlışdır.

Üstəlik, professor Nəsib Nəsiblinin dediyi kimi, praqmatist əsaslara, yenilikçi, gerçəkçi paradiqmaya söykənməyən, fakta, dəlilə söykənməyən nağılçı tarixçiçiliyimiz var. Tarixin fəlsəfəsinə diqqət yetirməyən tarixçiliyimiz var. Obyektiv yanaşma yoxdur, müqayisəli analiz yoxdur. Hekayəçilik ön plandadır; hansı hadisənin necə baş verdiyini araşdıran tarixçiliyimiz var. "Niyə?!" sualına cavab axtaran bir tarixçilik yoxdur. Ya da, demək olar, yoxdur. Tənqidi təfəkkürlə yanaşma çatışmır, ifrat təqlidçilik var. Tarix şüurumuz bölücüdür, birləşdirici deyil.

Türklər Azərbaycanda titullu xalq olsa da, ən azı dövlət coğrafiyasının məsuliyyətini daşıyan əsas etnos olsa da, özündə bir natamamlıq kompleksini də daşıyır. Hələ də bu ölkədə türklər öz adını deməkdən qorxur. Milli rəmzlərə, tarixi totemlərə münasibət bərbaddır. Nəsib Nəsibli doğru deyir; ölkə şir heykəlləri ilə doludur, amma heç bir dənə də boz qurd heykəli yoxdur. Ya elə Alov Qüllələrini götürək; yad milli kimliyə xas simvoldur.

Milli kimlik şüurumuz bu bəlalardan hələ də xilas ola bilməyib. Bundan da daha qorxulusu odur ki, tarixçiliyimiz özümüzə tələlər qurmaqla məşğuldur.

Bax, elə hazırda 7 cildi çıxmış Azərbaycan tarixi yanlış, millətə, elə dövlətin özünə yararsız və hətta zərərli konsepsiyaya əsaslanır. Professor Hamlet İsaxanlının dediyi kimi, bu cür yanlış və zərərli tarixçilik ya bilgisizlikdən (akademik iqtidarsızlıqdan), ya qorxudan, ya da maddi maraqdan yaranır. Eləcə də, ideoloji-siyasi maraqdan. Bu da millətin tarixinin doğru-düzgün yazılmasına mane olur. Sanki az imiş kimi, məktəblərimizdə tarix, ədəbiyyat dərsləri azaldılır. Bunu Sabir Rüstəmxanlı deyir.

Yanlış tarix öyrətdikləri bəs deyil, hələ tarixi bir yanlışa da imza atırlar; tarixindən, ədəbiyyatından, mədəniyyətindən xəbərsiz, öz dilində doğru-düzgün danışa, yaza bilməyən nəsil yetişdirilir. Bunun irəlidə necə ağır (həm də çox ağır!) nəticələrə səbəb olacağını indi çoxları görmür. Amma bunlar, təəssüf ki, qaçılmaz olacaq.

Bütün bu sadaladıqlarım Üçüncü Türkçülük Çalışmalarındakı çıxışlarda qaldırılan məsələlərin, göstərilən qüsurların heç də hamısı deyil. Millətin özünə, tarixi keçmişinə və dolayısı ilə həm də gələcəyinə güzgü tutması baxımından Türkçülük Çalışmaları çox önəmli elmi-ictimai müzakirə platformasıdır. Bu, akademik elmi platformaya, hətta dövlət dəstəkli platformaya çevrilsə, daha böyük fayda verər. Xüsusilə, türk dövlətləri arasındakı indiki yaxınlaşma, dayanışma, işbirliyi kontekstində Türkçü çalışmaların əhəmiyyəti artır. Bu məsələlər Türk Dövlətləri Təşkilatı çərçivəsində də müzakirə edilməlidir. Ortaq dil məqsədi qoyulduğu kimi, ortaq türk milli kimliyi, ortaq türk tarixçiliyi də yaranmalıdır. Ortaq mədəniyyət layihələri həyata keçməlidir.

Hər halda bugünkü Türk Çalışmalarından gəldiyim qənaətlər belədir...

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri