Icma.az
close
up
RU
Uçuruma gedən İmişli sükanı döndərə biləcəkmi?

Uçuruma gedən İmişli sükanı döndərə biləcəkmi?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Futbol ictimaiyyəti premyer-liqada yeni mövsümün başlamasını səbrsizliklə gözləyir, necə deyərlər, həmin günü iplə çəkir. Baxmayaraq ki, indidən ortaya çıxan xeyli problem çempionatın həm keyfiyyətinə kölgə salır, həm də mövsüm ərzində daha ciddi çatışmazlıqların ortaya çıxacağıyla bağlı xəbərdarlıq siqnalları ötürür.

Təbii ki, bu sırada ağla birinci "İmişli" gəlir. 1-ci liqada son mövsümü ikinci pillədə tamamlayan Aran təmsilçisi AFFA İcraiyyə Komitəsinin qərarıyla premyer-liqaya yüksəlsə də, işə peşəkar yanaşmaqda çətinlik çəkir. Kollektivin yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 6 yoxlama matçında iki qələbə qazandığından xəbərdarsız. Həmin qələbələrin "Sabah"la "Araz-Naxçıvan"ın əvəzedici komandaları üzərində qazanılması özlüyündə böyüdüləcək nəticə deyil, lakin "İmişli"nin "Sumqayıt-2" ilə bacarmaması nəyəsə işarədi. Bundan başqa, "İmişli"nin 7 legioner, 6 yerli futbolçu ilə gücləndiyi, 13 oyunçuyla isə yolları ayırdığı məlumdu. Baş məşqçi postunda əyləşən Xorxe Kaskilyanın karyerası haqda ətraflı məlumatla da tanışsız. Portuqaliyalı mütəxəssisin sonuncu iş yeri olan Çexiyanın 3-cü liqa iştirakçısı "Znojmo"da cəmi 9 oyunda iş başında olduğu, uğursuz nəticələr üzündən istefaya göndərildiyi sirr deyil. Ümumiyyətlə, 56 yaşlı çalışdırıcı son 9 ildə hansısa klubda 6 aydan çox qala bilməyib. İstənilən halda, bu mövzuda suallara zaman aydınlıq gətirəcək. Başqa sözlə, tezliklə komandanın gücünə bələd olacağıq. Ancaq "İmişli" ilə bağlı elə problem var ki, eşitsə, bişmiş toyuğun da gülməyi gələr!
Xatırlayırsızsa, "İmişli"nin ev oyunlarını Quba Olimpiya Kompleksinin stadionunda keçirmək ehtimalının böyük olduğunu yazmışdıq. Hətta Peşəkar Futbol Liqası ilə "CBC Sport"un adı çəkilən bölgəyə üz tutaraq idman qurğusunu təftiş etdiyi məlum idi. Avqustun 9-da aydın oldu ki, komandanın ev oyunlarını burda keçirməsinə icazə verilməyib. Niyə? Ona görə ki, "İmişli" stadionda aparılan təftiş zamanı üzə çıxan çatışmazlıqları vaxtında aradan qaldırmayıb. Belədə AFFA ilə PFL-in müdaxiləsinə ehtiyac duyulub və qərar verilib ki, klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirsin. Bu o deməkdi ki, "Karvan-Yevlax" və "Şamaxı" ilə yanaşı, "İmişli" də ev oyunlarını Şamaxıda keçirəcək. Belə məqamda Ayxan Abbasovun komandasının srağagün "Zirə"yə qarşı keçirdiyi matçdan sonra bu mövzuda dediklərinə haqq verməmək olmur:

"Bizim üçün problem ola bilər. Bilmirəm, bunu məcburiyyətdən edirlər, yoxsa başqa səbəbdən. Bildiyiniz kimi, stadionda işıqlandırma yoxdu və bu, məşq prosesimizi poza bilər. Məsələn, cümə və şənbə günləri başqaları oynayacaqsa, bazar günü “Şamaxı”nın oyunu olsa, biz, ümumiyyətlə, 1-2 gün məşq edə bilməyəcəyik. Futbolumuzun inkişafını istəyiriksə, meydançalar lazımdı. Məncə, buna sərmayə qoyulmalıdı. Meydanlar olmadan çətin olacaq. Müvəqqəti hardasa oynamaq olar, amma biz daha peşəkar olmalıyıq”.


Göründüyü kimi, "İmişli"nin işə məsuliyyətsiz yanaşması təkcə öz peşəkarlığına kölgə salmır, həm də AFFA və PFL-in komanda sayının artırılmasından sonra formalaşdırmağa çalışdığı ümumi ab-havanı korlamaqla yanaşı, aşağı büdcə ilə, minimum şərtlər altında premyer-liqada möhkəmlənməyə çalışan "Şamaxı"nın da fəaliyyətini təhlükəyə atır...
Maraqlıdı, bəs klubun qeyri-peşəkarlığı azarkeşlər tərəfindən necə dəyərləndirilir? İmişlidən olan futbolsevərlər komandanın gələcək taleyindən narahat deyillərmi? Bu suallarla "Küdrü Qartalları" fanklubunun rəhbəri Əli Əliyevə müraciət etdik:

"Bəli, "İmişli" müəyyən müddət ev oyunlarını başqa stadionlarda keçirəcək. Biz fanklub olaraq, hər yerdə komandamızın yanında olmağa, ona dəstək verməyə çalışacağıq. Əlimizdən gələni edəcəyik. Azarkeş ruhumuzu göstərməyə hazırıq. İnşallah, birlikdə uğurlara imza atacağıq! Komanda indiyə qədər neçə yoxlama oyunu keçirdi. Kollektivdə yeni futbolçular var və onlar hələ bir-birini tam tanımır ki, bu da anlaşılandı. Çünki yoxlama oyunları əsasən uyğunlaşma üçündü. Futbolçular zamanla bir-birini daha yaxşı anlayacaq, meydanda bir komanda kimi düzüləcək və azarkeşlərini sevindirəcəklər. Bayaq qeyd etdiyim kimi, biz komandaya dəstək olmağa çalışırıq. İlk matçda rəqib "Turan Tovuz"du. Həmin matçda komandanın yanında olub-olmayacağımızı bilmirik. Tribunada olmasaq da, ürəklərimiz onlarla olacaq".

Bu gün "İmişli"nin taleyi klub rəhbərliyinin əlindədi. Rəhbərlik İmişli kimi futbolun sevildiyi bölgənin premyer-liqadakı taleyini yaxşı mənada həll etməli, çiyinləri üzərində olan məsuliyyətin nə dərəcədə böyük olduğunu anlamalıdı. Əlbəttə, fələyin çarxının bizə nə göstərəcəyini bilmirik. Lakin hadisələrin axarı klubun gəldiyi yerə - 1-ci liqaya dönməsiylə nəticələnə bilər. İndi İmişli futbolu ön planda olmalıdı. Bunun üçün vaxt var. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdi. Vay o gündən ki, kimsə ziyandan şəxsi mənafeyi üçün faydalansın...
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri