Icma.az
close
up
RU
Üçuşaqlı ailələr hansı güzəştlərdən faydalanacaq? Vüqar Bayramovun ŞƏRHİ

Üçuşaqlı ailələr hansı güzəştlərdən faydalanacaq? Vüqar Bayramovun ŞƏRHİ

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

"Milli Məclis müzakirələrində təklif olunan dəyişikliklərdən biri də çoxuşaqlı ailə anlayışına təkrar baxılması və mərhələli şəkildə 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlıdır. Bu təkliflər büdcə müzakirələrində də təklif olundu. Eyni zamanda Əmək və Sosial Siyasət Komitəsinin iclasında da bu istiqamətdə təkliflər təqdim olunmuşdu. Biz Azərbaycanda hazırda ailələrdə uşaqların sayına baxaraq çoxuşaqlı anlayışının dəyişdirilməsini təklif edirik".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu dəyişiklik daha çox ailələrin güzəştlərdən faydalanmasını təmin edə bilər:  "Bu kontekstdə müzakirələr aparılır və aidiyyatı dövlət qurumları tərəfindən maliyyə yükünün hesablanması və digər qiymətləndirmələrin həyata keçirilməsinə ehtiyac var. Bu qiymətləndirmələrdən sonra çoxuşaqlı ailə anlayışı ilə bağlı hansı qərarın veriləcəyi bəlli olacaq. Biz hesab edirik ki, 3 və daha çox uşağı olan ailələrin çoxuşaqlı hesab olunması həm də onların valideynlərinin daha tez pensiyaya çıxmasına və digər güzəştlərdən istifadə etməsinə gətirib çıxara bilər".

Qeyd edək ki, çoxuşaqlı ailə kateqoriyasına daxil olan ailələrdə hər uşağa aylıq 105 manat müavinət verilir. Eyni zamanda bu halda ana hər uşağa görə 1 il daha tez pensiyaya çıxmaq hüququna malikdir. Hazırda ölkəmizdə ikiuşaqlı ailələr üstünlük təşkil etdiyindən, üçuşaqlı ailə modelinə keçidi təmin etmək və demoqrafik azalmanın qarşısını almaq üçün bu layihə əhəmiyyət kəsb edir. Əgər sözügedən dəyişiklik qəbul olunsa, ölkəmizdə 110 min ailə bu güzəştlərdən faydalana biləcək. 

Gülxar,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sitat.info
archiveBu xəbər 28 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri