Icma.az
close
up
RU
Üçuşaqlı ailələrə “uşaqpulunun” verilməsi gündəmdədir RƏYLƏR

Üçuşaqlı ailələrə “uşaqpulunun” verilməsi gündəmdədir RƏYLƏR

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Sosioloqun fikrincə, ailələrin daha çox uşaq sahibi olmağa təşviq edilməsi üçün dövlət sosial dəstək proqramlarını genişləndirməlidir

Ölkədə doğum sayı ilbəil azalır, yaxşı hal deyil. Evlənmək istəyənlərin sayı da azdır, boşanmalar isə artıb. Elə bil boşanmaq üçün evlənir gənclər.

Gəlirlərin az olması, mənzilsizlik və s. bunlar hamısı səbəbdir, amma 90-cı illər sosial vəziyyət indikindən qat- qat çətin olsa da, doğum sayı azalmırdı. Ölkəmizdə doğum sayının azalması ciddi-ciddi müzakirə olunub, qərar çıxarılası məsələdir.

Bu sözləri sosial media hesabında pediatr Vaqif Qarayev paylaşıb.

Pediatrın fikrincə, Azərbaycanda doğum səviyyəsinin son illərdə aşağı düşməsi demoqrafik sabitlik baxımından narahatedici haldır. Hesab edir ki, bu tendensiyanın qarşısını almaq üçün dövlətin ailələrə daha güclü sosial dəstək mexanizmləri təqdim etməsi vacibdir.

Qeyd edək ki, son illərdə Azərbaycanda doğum səviyyəsinin artırılması məqsədilə "uşaq pulu"nun bərpası və ya yeni mexanizmlərin tətbiqi ilə bağlı təkliflər irəli sürülür.

Zaman-zaman ictimaiyyətin digər üzvləri, mütəxəssislər də bu məsələni qabardır, qeyd edirlər ki, ikinci və üçüncü uşağa görə aylıq müavinətlərin verilməsi ailələri daha çox uşaq sahibi olmağa təşviq edə bilər. Çünki valideynlər daha çox iqtisadi yükü nəzərə alaraq uşaq sayını məhdudlaşdırmağa üstünlük verirlər. Aylıq sabit yardım bu yükü azalda və ailələrin gələcəyə daha inamla baxmasına səbəb ola bilər.

Üstəlik, bu cür müavinətlər yalnız doğum sayının artmasına yox, eyni zamanda uşaq rifahının yüksəlməsinə, yoxsulluğun azaldılmasına və qadınların iş həyatında iştirakının dəstəklənməsinə də müsbət təsir göstərə bilər.

Beynəlxalq təcrübə də bu yanaşmanın effektiv olduğunu göstərir. Türkiyə, Fransa və Skandinaviya ölkələri aylıq uşaq müavinətləri vasitəsilə doğum səviyyəsində müəyyən artıma nail ola biliblər. Azərbaycanda da bu istiqamətdə addımların atılması vaxtıdır.

Yeri gəlmişkən, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Doğum Yardımı Qaydası"nı imzalayıb. Rəsmi qəzetdə yayımlanan qaydaya əsasən, 01.01.2025 tarixindən sonra doğulan uşaqlara aşağıdakı məbləğlərdə yardım veriləcək:

İlk uşaq üçün bir dəfəlik 5 min TL,

İkinci uşaq üçün aylıq 1.500 TL,

Üçüncü və sonrakı uşaqlar üçün isə aylıq 5 min TL ödəniləcək.

Bu ödənişlər heç bir vergi və tutulmaya məruz qalmadan, Sosial Yardımlaşma və Həmrəyliyi Təşviq Fondu vasitəsilə həyata keçiriləcək.

Doğum yardımı üçün müraciətlər e-Devlet və Nazirlik tərəfindən müəyyən ediləcək digər kanallar vasitəsilə edilə bilər.

Doğum yardımı almaq hüququna sahib olmaq üçün ananın və ya atanın Türkiyə vətəndaşı olması və Türkiyədə yaşaması şərtdir.

İkinci və sonrakı uşaqlar üçün doğum yardımı ödənişləri, uşağın 5 yaşı tamamlayacağı aya qədər davam edəcək.

Doğum yardımı ilk uşaq üçün — doğum tarixindən etibarən 12 ay ərzində,

Digər uşaqlar üçün isə — uşağın 5 yaşını tamamlayana qədər ediləcək.

Qayda çərçivəsində verilən doğum yardımı ödənişləri heç bir halda məhkəmə və ya borc səbəbilə tutulmayacaq.

Əgər kimsə haqsız yerə doğum yardımı alarsa, bu ödənişləri faizi ilə birlikdə geri qaytarmalı olacaq. Bildirilməli məlumatları təqdim etməyən hüquq sahibləri barəsində isə qanuni tədbirlər görüləcək.

Sosioloq Lalə Mehralı da "Sherg.az"a açıqlamasında Azərbaycanda doğum sayının artırılması məqsədilə ailələrə uşaqpulu və çoxuşaqlı ailələrə müavinətlərin verilməsinin vacibliyini vurğulayıb. O deyib ki, doğum faizinin artırılması üçün həm iqtisadi, həm də sosial yönümlü tədbirlərin kombinasiyası olmalıdır:


 "Azərbaycanda doğum nisbətinin azalması və insanların nikaha girməkdə maraqsızlığı cəmiyyət üçün ciddi siqnaldır".

Sosioloqun fikrincə, ailələrin daha çox uşaq sahibi olmağa təşviq edilməsi üçün dövlət sosial dəstək proqramlarını genişləndirməlidir: “Dövlət bu cür müavinətlərin marağında olmalıdır. Çünki uşaqlar bizim sabahımızdır. Onların sağlam, təminatlı böyüməsi dövlətin marağında olmalıdır.

Uşaqpulu və çoxuşaqlı ailələrə müavinətlər ailələr üçün həm motivasiyaedici, həm də maddi dəstək funksiyası daşıyır.

Çoxuşaqlı ailə meyarları yenidən qiymətləndirilməli, bu ailələrin sosial təminatı artırılmalıdır. Məsələn, hər uşağa görə aylıq uşaqpulu təyin edilməlidir".


L.Mehralının sözlərinə görə, uşaqpulunun bərpası sosial ədalətin təmin olunması baxımından əhəmiyyətlidir və bu addım ölkəmizdə doğum sayının artmasına müsbət təsir edə bilər.



Milli Məclisin deputatı Razi Nurullayev isə bu sahədə müsbət siqnalların olduğunu bildirib. Onun sözlərinə görə, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra üçuşaqlı ailələrə “uşaq pulunun” verilməsinə başlanılacaq. O qeyd edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı gözlənilir:


"Üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi həm Milli Məclisin Əmək və sosial siyasət komitəsi səviyyəsində, həm də Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri olduğu müddətdə müzakirə edilib. Hazırkı yeni nazirlə də bu sahədə müzakirələr gedir”.


Deputat üçuşaqlı ailələrə “uşaqpulu”nun verilməsinin əhəmiyyətinə də toxunub: 

"Araşdırmalar göstərir ki, 2016-cı ildən etibarən Azərbaycanda doğulan uşaqların sayında ciddi azalma müşahidə edilir, eyni zamanda 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur. Bu da o deməkdir ki, bir neçə ildən sonra birinci sinfə gedən uşaqların sayında belə ciddi azalma görəcəyik. Uşaqların sayının azalması ölkəni demoqrafik problemlə üz-üzə qoya bilər. Bunun üçün də ailələrin uşaq dünyaya gətirməsinə marağı artırmaq və problemin qarşısını əvvəlcədən almaq lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri