Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Uçuşdan əvvəl köhnə çamadan etiketlərini çıxarın AZAL dan məsləhət

Uçuşdan əvvəl köhnə çamadan etiketlərini çıxarın AZAL dan məsləhət

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səyahət zamanı baqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsinin vacib hissəsidir.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) rəqəmsal izləmə sistemləri və əməliyyat mexanizmləri vasitəsilə hər gün minlərlə baqajın çeşidlənməsi, izlənməsi və təyinat məntəqəsinə çatdırılmasını təmin edir. 

Sərnişinlərin öncədən baqaj qaydaları ilə tanış olması, həmçinin fors-major vəziyyətlər zamanı müraciət prosedurları barədə məlumatlılığı səyahətin daha rahat və planlı keçməsinə şərait yaradır.

Gecikmiş, itmiş və ya zədələnmiş baqaj: sərnişinlər üçün müraciət mexanizmləri

Baqajla bağlı müraciətlər beynəlxalq aviasiya qaydalarına uyğun şəkildə araşdırılır və hər bir vəziyyət fərdi qaydada qiymətləndirilir. Bəzi situasiyalarda əlverişsiz hava şəraiti, transfer zamanı intensivlik, baqajın emalı zamanı texniki nasazlıqlar, eləcə də baqaj etiketlərinin zədələnməsi və ya itməsi səbəbindən baqajın gecikməsi, zədələnməsi və ya itməsi halları baş verə bilər.

- Belə vəziyyətlərdə sərnişinlər çatdıqları hava limanında “Tapıntılar və itkilər” (“Lost and Found”) xidmətinə müraciət etməli və Baqajın qüsur aktını (“Property Irregularity Report” - PIR) doldurmalıdırlar. Bu zaman müraciətçiyə baqajın izlənilməsi üçün unikal müraciət nömrəsi (“file reference” və ya “locator number”) təqdim olunur. Müraciət nömrəsinə əsasən araşdırma prosesinə başlanılır, baqajla bağlı hər hansı bir yenilik olduqda sərnişin bu nömrə vasitəsilə müraciətin statusu ilə bağlı ətraflı məlumat əldə edir.

- Əlavə məlumat əldə etmək və ya əlavə suallar yarandığı halda AZAL sərnişinlər [email protected] elektron ünvanına müraciət edə və ya (+994 12) 497 26 00 (30-81, 22-05) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

- Bundan başqa, itmiş və ya zədələnmiş baqajla bağlı AZAL-ın rəsmi veb-saytında yerləşən forma vasitəsilə də müraciət etmək olar.

Baqajla bağlı istənilən problem yarandığı zaman AZAL sərnişinlərə operativ dəstək göstərir, məsələnin həlli sürətlə təmin edir və ya zərurət yaranarsa, mövcud qaydalar çərçivəsində müvafiq tədbirlər görür. Həmçinin beynəlxalq praktikaya uyğun olaraq, zədələnmiş baqajın təmiri üçün sərnişin uyğun xidmət göstərən şirkətə yönləndirilir.

Baqajla bağlı nəzərə alınmalı vacib məqamlardan biri odur ki, zədələnmə və ya gecikmənin yalnız yerli hava limanında deyil, marşrut üzrə digər hava limanlarında da baş verməsi mümkündür. Bu cür vəziyyətlərdə baqajın hansı mərhələdə zədələndiyinin və ya gecikdiyinin müəyyənləşdirilməsi üçün sərnişinlərin prosesləri obyektiv şəkildə qiymətləndirməsi xüsusi əhəmiyyət daşıyır. 

Sərnişin mərkəzli yanaşma: rahat səyahət üçün 5 praktik tövsiyə

Komfortlu uçuş həm aviaşirkətin göstərdiyi xidmətlərin, həm də sərnişinlərin diqqətli yanaşmasının və birgə əməkdaşlığının nəticəsində mümkündür. Belə ki, sərnişinlərə səyahət etməzdən öncə bir neçə məqamı nəzərə alması tövsiyə olunur. 

- Uçuşdan əvvəl aviaşirkətin baqaj qaydaları ilə tanış olmaq, icazə verilən çəki və ölçü limitlərini nəzərə almaq əlavə vaxt itkisi və əlavə ödənişlərin qarşısını almağa kömək edir. Əlavə baqaja ehtiyac yarandığı təqdirdə AZAL sərnişinlərə baqajın rəsmi vebsayt üzərindən əldə edilməsini məsləhət görür. Hava limanındakı qiymətlərlə müqayisədə, baqajı azal.az veb-saytı üzərindən 10%-dək endirimlə əldə etmək mümkündür.

Ətraflı məlumat üçün sərnişinlər linkə keçid edə bilərlər.

- Sərnişinin çamadan üzərində əlaqə məlumatları əks olunan etiketi yerləşdirməsi baqajın itirilməsi hallarının qarşısını alır.

- Köhnə çamadan etiketlərinin çıxarılması ştrix-kod qarışıqlığını önləyir. Beləliklə, baqajın itməsi ehtimalı da minimuma endirilmiş olur.

- Transfer uçuşlarda baqajların qarışdırılması kimi situasiyalar nisbətən daha tez sıxlıqda müşahidə olunur. Birləşdirici reyslərlə səyahət zamanı biletlərin vahid bron daxilində rəsmiləşdirilməsi və transfer üçün ən azı 2 saat vaxt nəzərdə tutulması tövsiyə olunur.

- Baqajın təhvil verilməsi zamanı təqdim olunan baqaj birkasını uçuş tamamlanana qədər saxlamaq vacibdir, çünki hər hansı gecikmə və ya itki halında bu sənəd müraciət prosesində əsas rol oynayır.

AZAL rəqəmsal həllər, təkmilləşdirilmiş əməliyyat prosesləri və sərnişin yönümlü xidmət yanaşması ilə bu sahədə daha çevik və etibarlı xidmət mühitinin formalaşdırılmasına töhfə verir. Qaydaların düzgün tətbiqi, vaxtında məlumatlandırma və müasir texnologiyalardan istifadə nəticəsində baqaj prosesləri daha şəffaf, operativ və etibarlı şəkildə idarə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 May 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri