Paraddan əvvəl Lenini Mavzoleydən çıxarın: Putinə müraciət
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putindən Qələbə günündən əvvəl Leninin nəşinin Mavzoleydən çıxarılması xahiş olunacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu təşəbbüs Prezident Administrasiyasının, hökumətin və ekspertlərin bir qrup nümayəndəsi tərəfindən hazırlanıb.
"Müharibənin necə başladığını xatırlayırsınız? Vladimir Putin deyird ki, Ukraynanı Lenin yaradıb. Bu məsələ ilə 9 Maydan əvvəl məşğul olmaq çox simvolik olardı. 7 və ya 8 mayda onun cəsədini Mavzoleydən çıxarın və Qələbə Günündə düşmənimizin yaradıcısını Moskvanın mərkəzindən çıxardığımızı simvolizə etmək üçün parad keçirin.
Bu, o deməkdir ki, düşməni məğlub edəcəyik. Gec-tez Donetski azad edəcəyik və sonra tam Qələbəyə nail olacağıq", - deyə bu qrupun təsisçilərindən biri olan Kremldəki mənbə “Кремлевская табакерка”-ya bildirib.
Prezident Administrasiyasındakı başqa bir mənbə təklifi "mübahisəli" adlandırıb, lakin qeyd edib ki, bu barədə mütləq Vladimir Putinə məlumat veriləcək. Lakin o, Dövlət Duması seçkilərindən əvvəl Leninin cəsədinin Mavzoleydən çıxarılması daha real hesab edir.
“Rusiyanın hərbi uğurları üçün Mavzoleydə ibadət yeri və daha sonra Vladimir Putin üçün dəfn yeri yaratmaq istəyən filosof Aleksandr Duqinin təklifi də nəzərdən keçirilir. Lakin bunun gələn il ərzində həyata keçirilməsi ehtimalı azdır”,- deyə məlumatda vurğulanır.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 17 Aprel 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















